Əsas Səhifə > Güney Press / Ana xəbər > Şamaxının icra başçısı da özünə qadın müavin təyin etdi

Şamaxının icra başçısı da özünə qadın müavin təyin etdi


5-03-2014, 13:10
Şamaxının icra başçısı da özünə qadın müavin təyin etdi
DİA.AZ: - 2 gün bundan öncə Şamaxı rayonundada icra başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini qadın təyin edildi.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, bu vəzifəyə Şamaxı şəhər 2 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini işləyən Ələkbərova Gülnisə Mübariz qızı təyin edilib.

Xəbəri verən qaynaq bildirir ki, yeni müavin 1975-ci il təvəllüdlü və işgüzar biridir: “Əvvəlki müavin Əşrəf Şükürov isə 2 ay bundan qabaq işdən qovulmuşdu. O işdən çıxmaq xəbərini eşidəndə hətta infakt keçirdərək xəstəxanaya düşmüşdür. Onun işdən çıxarılması rayon caamatı tərəfindən sevinclə qarşlanmışdır”.

Geri qayıt