Əsas Səhifə > Güney Press > “Ermənistan Rusiyadan üz döndərmir”
“Ermənistan Rusiyadan üz döndərmir”12-02-2024, 17:14 |
“Ermənistan, xüsusən də müdafiə sektorunda Rusiyadan üz döndərmir, ölkənin vəzifəsi tərəfdaşlarla münasibətləri şaxələndirməkdir, bu, indi həyata keçirilir”. Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “The Daily Telegraph”a müsahibəsində deyib. “Ermənistan Rusiya ilə əməkdaşlıqdan, xüsusən də təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etdiyini deməyib. Biz bu sahədə əlaqələrimizi şaxələndirməkdən danışdıq. Amma bu o demək deyil ki, biz Rusiya ilə bu sahədə əlaqələri kəsirik. Bu o deməkdir ki, biz Aİ, Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə münasibətləri yaxşılaşdırırıq və bu, artıq bu günün reallığıdır”, - Paşinyan bildirib. O, həmçinin qeyd edib ki, Ermənistanın yeni təhlükəsizlik tərəfdaşları ilə münasibətləri Rusiyaya qarşı deyil. Bu münasibətlər sadəcə olaraq göstərir ki, bu sahədə əvvəlki münasibətlər İrəvanın ehtiyaclarını ödəmir. Geri qayıt |