Əsas Səhifə > Güney Press / Ana xəbər > "Sovetski" camaatı çarəsiz durumda qalıb

"Sovetski" camaatı çarəsiz durumda qalıb


4-03-2014, 12:14
"Sovetski" camaatı çarəsiz durumda qalıb
3 mart tarixində “Sovetski”nin aksiya edən sakinləri ilə polis arasında anlaşılmazlıq olub. Sakinlər dövlət tərəfindən nəzərdə tutulan konpensasiyanın artırılmasını istəyirlər. Hafta.az-a açıqlama verən sakin Atabala Əsədullayev bildirir ki, bu kimi aksiyaların sonu yoxdur:

“Yaxşı olar ki, ağsaqqallar yığışıb bir qərara gəlsinlər ki, bu məsələni necə həll edəcəyik. Biz bilirik ki, aksiya gücünə bu məsələləri həll etmək olmaz. Böyük kvadratlı mənzilləri olanlar üçün 1500 manat kifayət edir. Söhbət burada 20-40 kvadrat arası mənzilləri olan sakinlərdən gedir. Problem onların problemidir. Hansı ki, bu adamlar kvadrata 1500 manatla hardansa ev ala bilməyəcəklər. İndi bir şey də var ki, əgər dövlət onlara hər kvadrata görə 3000-4000 manat verərsə, digər sakinlər də iri mənzillərini oğullarının, nəvələrinin adlarına olmaqla kvadratlara böləcəklər. Yəni bu məsələni həll edərkən diqqətli olmaq lazımdır. Bir sakin kimi etirazların şiddətlənməsini, camaatın əziyət çəkməsini istəmirəm”.

Qeyd edək ki, dünən “Sovetski” sakinləri 173 saylı məktəbin qarşısında aksiya ediblər.

Geri qayıt