Əsas Səhifə > Güney Press / Ana xəbər > Kimlər əfv oluna bilər - Siyahı göndərilib artıq...
Kimlər əfv oluna bilər - Siyahı göndərilib artıq...4-03-2014, 12:11 |
![]() Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili-Ombudsman Elmira Süleymanova əfv fərmanı ilə bağlı çoxlu müraciətlərin olduğunu bildirib. Moderator.az-a açıqlama verən ombudsman deyib ki, onlar müraciətləri Əfv Komissiyasına göndəriblər. Əfv siyahısında kimlərin ola biləcəyi ilə bağlı sualı cavablandıran Elmira Süleymanova söyləyib ki, bu məsələ onun səlahiyyətində deyil və bu barədə danışa bilməz. Geri qayıt |