Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümovun Ağdamdakı adamı ələ keçdi

Səlim Müslümovun Ağdamdakı adamı ələ keçdi


4-03-2014, 10:51
Səlim Müslümovun Ağdamdakı adamı ələ keçdi
DİA.AZ: - Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar qanunsuzluqlara yol verilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

DİA.AZ xəbər verir ki, Ağdam rayon ƏSMM-nin vəzifəli şəxslərinin 86 rayon sakininə qanunvericilikdə nəzərdə tutulan zəruri sənədlər olmadan 1 il ərzində ünvanlı dövlət sosial yardımı təyin edərək 149.0 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.

Geri qayıt