Əsas Səhifə > Güney Press > “Technip Energies” şirkəti Bakı Ali Neft Məktəbində təqdimat etdi

“Technip Energies” şirkəti Bakı Ali Neft Məktəbində təqdimat etdi


26-01-2024, 11:26
“Technip Energies” şirkəti Bakı Ali Neft Məktəbində təqdimat etdi
“Technip Energies” şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində “Texnoloji biliklərin
ötürülməsi” proqramı (Master Technology Transfer Program 2024) ilə bağlı məlumat
sessiyası keçiriblər.
Tədbirdə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
və Azərbaycan-Fransız Universitetinin yuxarı kurs tələbələri də iştirak ediblər.
Məlumat sessiyasında çıxış edən “Technip Energies” şirkətinin Bakı ofisinin Texniki
meneceri Salvatore Carotenuto şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr
barədə məlumat verib.
Şirkətin Biznes interfeysi üzrə analitiki, Bakı Ali Neft Məktəbinin məzunu Elgün Yusifov
şirkətdəki karyera yolundan danışaraq “Texnoloji biliklərin ötürülməsi” proqramı barədə
məlumat verib və 2019-cu ildən həyata keçirilməyə başlanılan bu proqramın ilk məzunu
olaraq təcrübəsini bölüşüb.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri şirkətin
təqdim etdiyi bu imkandan yararlanmağa və proqramda fəal iştirak etməyə çağırıb.
Rektor BANM məzunlarının “Technip Energies” şirkətində uğurla fəaliyyətinin qürurverici
olduğunu vurğulayıb.
diaaz.space

Geri qayıt