Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağcabədidə vətəndaşlar torpaq davasına çıxıb
Ağcabədidə vətəndaşlar torpaq davasına çıxıb3-03-2014, 12:32 |
|
Torpaq və Xəritəçəkmə Dövlət Komitəsinin Ağcabədi rayon şöbəsinə başçılıq edən Abbas Süleymanovla bağlı ilginc məlumatlar var. TİA.AZ- xəbər verir ki, bu barədə məlumatları ondan şikayətçi düşmüş rayon sakini Gülbəniz Hüseynova verib. O bildirib ki, rəsmi qurumlardan qətiyyən qorxusu olmayan Süleymanov Ağcabədi şəhəri ərazisində bütün torpaq sahələrini satıb qurtardıqdan sonra, həmin torpaqları yenidən satmağa başlayıb. Və bu dəfə vətəndaşları təhdid etməklə. G.Hüseynova deyir ki, onlara məxsus və 2006-cı ildə Ağcabədi rayon İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahəsinin bütün hüquqi sənədləri olsa da, şöbə müdiri bununla razılaşmır. В«Abbas Süleymanov bəhanə edir ki, həmin vaxt ona bu işin müqabilində 1000 manat verilib. Amma bu gün Ağcabədidə torpağın bir sotunu 2500 manata satır. Ona görə də, ya 4000 manat əlavə pul verməliyik, ya da sənədlərimizin В«saxtaВ» olduğunu В«sübutВ» edəcəkВ». Ağcabədi sakini hara müraciət edəcəklərini bilmədiklərini də deyir. G.Hüseynova yalnız Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiklərini vurğulayıb. Lakin indiyə qədər bu şikayətlərinə baxan olmadığını bildirir. Geri qayıt |