Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputat oğlunun maşın güllələməsi ilə bağlı iddialara cavab verdi

Deputat oğlunun maşın güllələməsi ilə bağlı iddialara cavab verdi


1-03-2014, 13:45
 Deputat oğlunun maşın güllələməsi ilə bağlı iddialara cavab verdi
Millət vəkili Ayaz Orucov oğlunun münaqişədə olduğu şəxsin avtomobilinə atəş açması ilə bağlı mətbuatda gedən xəbərə münasibət bildirib. Deputat “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun oğlu əlaçı tələbədir və belə bir hadisə olmayıb, ola da bilməz: “Bu müxalifyönlü qəzetlərin növbəti uydurmasıdır. Azərbaycan dövlətinin, xalqının qazandığı uğurları həzm edə bilməyənlərin iftirasıdır. Özlərini azərbaycanlı adlandıran həmin şəxslərin hansı düşmənin fikirlərini ifadə etdiklərini bilmirəm. Mənim oğlum tələbədir, əlaçıdır. Onun silahı ola bilməz. Baxmayaraq ki, buna səlahiyyətim çatır, amma heç mənim özümün silahı yoxdur”.

Xatırladaq ki, Bizimyol.info-nun yazığı xəbərə görə, millət vəkilinin oğlu bahalı В«MercedesВ» avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. “Qafqazinfo” xəbər verir ki, etibarlı mənbədən daxil olan məlumata görə Onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövslədən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib. Hadisə Binəqədi rayon Polis İdarəsində araşdırılıb. Zərərçəkən sürücü 30 min manat kompensasiya aldıqdan sonra iş bağlanıb.

Geri qayıt