Əsas Səhifə > Güney Press / Ana xəbər > Məktəbəqədər müəssisələr – hökumət proqramlarının ögey övladı

Məktəbəqədər müəssisələr – hökumət proqramlarının ögey övladı


28-02-2014, 14:56
Məktəbəqədər müəssisələr – hökumət proqramlarının ögey övladı
Məktəbəqədər müəssisələrin tikintisi və təmiri mövcud tələblərə cavab vermir. Burda kadr çatışmazlığı, təchizat, özəlləşdirmə, qaçqınların uşaq bağçalarında yaşaması problemləri də var.
Bakı ŞİH başçısı H.Abutalıbov Heydər Əliyev Fondu məktəbəqədər təhsil müəssisələri ilə bağlı yeni proqramının təqdimatında deyib ki, Bakıda 345 uşaqbağçası-körpələr evində 6 yaşa qədər 37 min uşağın var. Bu, ehtiyacın 23,4%-dir (157 min 349 uşaq kənarda qalıb). Beləliklə, Bakıda 1105 məktəbəqədər müəssisə tikilməlidir. Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac var, 11 uşaq bağçası tam qəzalıdır.
Ölkə üzrə ümumi vəziyyət Bakıdan daha pisdir. Əsas səbəb tərbiyəçilər, uşaq həkimləri, digər işçilər üçün dövlət güzəşt və təminatının olmamasıdır. Mütəxəssislər ayda 120-150 manata ($150-190) işləmək istəmir. Rayonlarda məktəbəqədər təhsil müəssisələri çox azdır. Standartlar aşağı, təhsil, ərzaq təminatı, tibbi nəzarət pisdir.
Təhsil Nazirliyinin məlumatına görə, ölkədə 1 min 700 uşaq bağçası var. Bunun 1637-si dövlətə məxsusdur. Məktəbəqədər müəssisələrdə 111 min uşaq (kontingetin 15%-i) tərbiyə alır, - yəni hər 7-ci uşaq I sinfə hazırdır. Avropada uşaqların 90%-i məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır.
Milli Məclis ötən il vəziyyəti nizama salmaq üçün müvafiq qanun qəbul edib. Sənəd bu il yanvarın 1-dən qüvvəyə minir. Sənədə əsasən, uşaq tərbiyə müəssisələri 10 illiyə mənfəət vergisi və sadələşdirilmiş vergidən azad edilir. Bunun hansı nəticələri olacaq?
Hacıbala Abutalıbov çıxış yolunu məktəbəqədər təhsil müəssisələrini yerli İH-ə verməyi, yararsızların təmir edilməsində, özəlləşdirmə barədə qərarların ləğv edilməsində, boş ərazilərdə yenilərin tikilməsində görürü. Onun fikrincə, bu, uşaqların 75%-i cəkb etməyə imkan verər.
İqtisadi Tədqiqatlar Mərkəzindən Qubad İbadoğlu o qədər də nikbin deyil. Onun fikrincə, problemin hətta formal aradan qaldırılması üçün illər lazımdır. Bu sahə hökumətin prioritetlərindən deyil, təhsil proqramları və təlimatları Təhsil Nazirliyi hazırlayır, formal nəzarəti yerli İH həyata keçirir.
Hakimiyyət qəsdən demoqrafik mənzərəni pozur, əhali paytaxta köçür, ali məktəblər faktiki məktəbəqədər təhsil müəssisələri üçün kadr hazırlamır, uşaq bağçalarında mütəxəssislər çalışmır. В«Buraya süni növbələri, antisanitariya, uşaq bağçalarının keyfiyyətsiz təminatını, zəif nəzarəti əlavə etsək, hər şey aydın olarВ», - deyə o bildirib.
Onun sözlərinə görə, Avropada uşaq hüquqları, onların maraqları qorunur, maksimal komfort yaradılır, yeni oyun və idrak standartları tətbiq edilir. Azərbaycanda real tədbirlər planı ilə konkret proqram yoxdur, icraçılar dəqiqləşdirilməyib, real irəliləyişdən danışmağın mənası yoxdur, - deyə İbadoğlu bildirib.

Geri qayıt