Əsas Səhifə > Güney Press / Ana xəbər > Şamaxının problemi var - Şamaxı can üstədir
Şamaxının problemi var - Şamaxı can üstədir28-02-2014, 12:59 |
|
Şamaxıda içməli su problemi insanları çıxılmaz vəziyyətə salıb. В«AzərsuВ», yerli İcra Hakimiyyəti və daha bir şirkətin bir neçə ildir düzəltmək istədikləri problem isə o həddə çatıb ki, insanlar içməli suyu maşınla almaq məcburiyyətində qalıblar. Şamaxının içməli su ilə təmin etmək üçün layihənin maliyyələşməsinə milyonlarla manat ayrılsa da, onların təyinatı üzrə xərclənmədiyi məlum olub. Amma Şamaxının problemi təkcə, bununla yekunlaşmır. Rayon sakinlərinn üzləşdikləri bir başqa problem isə şəhərin daxili yollarının bərbad halda olmasıdır. Onlar deyiblər ki, bir neçə ildir yalnız mərkəzi yolları asafltlaşdıran yerli İcra Hakimiyyəti, şəhərin iç yollarını ümumiyyətlə, nəzarətsiz buraxıb. Elə bu səbəbdəndir ki, rayon sakinləri yayda toz, qışda isə palçıq əlindən hərəkət etməyə çətinlik çəkirlər. Qeyd edək ki, Şamaxı rayonunun daxili yollarının asfaltlaşdırılması məqsədi ilə büdcədən heç də kiçik olmayan məbləğdə pullar ayrılıb. Bununla bağlı apardığımız araşdırmalar zamanı o da məlum olub ki, ayrılmış pulların böyük qismi В«buxarlanıbВ». Daha doğrusu, həmin vəsaitlər aidiyyatı qurumlar tərəfindən təyinatı üzrə xərclənməyib və böyük ehtimalla mənimsənilib. (jam.az) Geri qayıt |