Əsas Səhifə > Güney Press / Ana xəbər > Mikayıl Cababrov uşaq bağçası sektorunu belə hədəfə aldı
Mikayıl Cababrov uşaq bağçası sektorunu belə hədəfə aldı28-02-2014, 12:18 |
|
Təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatındakı çıxışı zamanı bağçalar barədə maraqlı fikirlər səsləndirib: O bildirib ki, bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlər də mövcuddur və bu problemləri 3 əsas hissəyə ayırmaq olar - məzmun, müəllim və infrastruktur: "Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanma və uşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoymuşdur. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulmuşdur." Geri qayıt |