Əsas Səhifə > Güney Press / Ana xəbər > Aşurbəy dini icmasından Elşad İsgəndərova ittiham
Aşurbəy dini icmasından Elşad İsgəndərova ittiham26-02-2014, 17:59 |
![]() Dünən Qaradağ rayonu, “Müşfiqabad məscidi” dini icması dini komitənin qərarı ilə ləğv edilib. Məlumatda adıçəkilən icmanın bununla bağlı müraciət etdiyi qeyd edilib. Dini icma üzvləri keçirdikləri ümumi yığıncaqda icmanın buraxılması və qanunun tələblərinə cavab verən yeni icmanın yaradılması haqqında qərarlarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimatı ilə birgə Dövlət Komitəsinə göndəriblər. Bəzi dini ekspertlər isə bu addımın təzyiq altında atıldığını bildirirlər. Elşad Mirinin sözlərinə görə, icmanın özünü buraxması ilə bağlı müraciəti olduqca absurd bir yanaşmadır: “İndi açıq şəkildə məscidi bağladıqlarını ört-basdır etmək üçün bildirirlər ki, məscidin dini icması özünü buraxmaq barədə müraciət edib”. QMİ isə bir müddət əvvəl qeydiyyatdan keçməyən dini mərkəzlərin sırasında adıçəkilən məscidlə yanaşı, Aşurbəy məscidinin də adını qeyd edib. Aşurbəy məscidinin dini icmasının rəhbəri Faiq Mustafa Hafta.az-a verdiyi məlumatda Müşfiqabad dini icmasının qeydiyyat məsələsinə görə özünü buraxdığını bildirib: “Hər yerdən təzyiqlər edilir, bunu hamı bilir. Məndə “zapislər” də var ki, o məscidə nə qədər adamlar axışır. Bizə təzyiqlər hələlik sözdə gedir, belə edəcəyik elə edəcəyik deyirlər. Amma Müşfiqabadda sənəd məsələsinə görə müvəqqəti olaraq icma buraxılıb. Sonradan icmanın 50-50, yəni sünni-şiə məzhəblərindən yenə təşkil olunacağı gözlənilir”. “Təzyiqlər hansı qurumdan olur?” sualına isə icma rəhbəri belə cavab verib: “Dini komitə özü mənə birbaşa heç nə demir, gəlib yüngülvari söhbət etmişdilər . Amma güclü təzyiq olmayıb”. Faiq Mustafa bundan sonra hər hansı təzyiq olsa da, icmanı buraxmaq fikrinin olmadığını da deyib: “Deyirlər qeydiyyatdan keçirməyiblər. Bizi qeydiyyatdan keçirə də bilməzlər axı. Çünki bu qeydiyyat işini düzgün qurmayıblar. Bu icmanı şiə icmasının qeydiyyatdan keçirməsi qeyri-mümkündür. Əgər keçirsələr, onda gərək onlar öz əqidəsindən dönsünlər. İnşallah nəsə təzyiq də olsa, öz işimizi özümüz həll edəcəyik. Müraciətlər də edəcəyik, başqa yerlərdən kömək də istəyəcəyik”. Xatırladaq ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Müşfiqabad qəsəbə məscidində yoxlamalar aparılıb və fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanmışdı. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının iclasında adıçəkilən məscidlərdə radikal dindarların Suriyaya döyüşlərə cəlb olunduqları ilə bağlı fikirlər səslənmişdi. Geri qayıt |