Əsas Səhifə > Güney Press / Ana xəbər > 2013-cü ildə “Aqrolizinq” ASC dövlətdən rekord vəsait alıb
2013-cü ildə “Aqrolizinq” ASC dövlətdən rekord vəsait alıb26-02-2014, 17:08 |
![]() 2013-cü ildə “Aqrolizinq” ASC-yə dövlətdən rekord həcmdə - 95 mln 760 min vəsait verilib. 2004-cü ildən dövlət kənd təsərrüfatı texnikası alınması və aqroservis yaradılmasını maliyyələşdirir. Bundan başqa ASC fəaliyyərtindən qazandığı 33 420 min manatı və tərəfdaş fondda yığılan 2,28 mln manatı xərcləyib, deyə “Aqrolizinq” ASC-də Turan-a bildiriblər. Ötən il 2854 ədəd kənd təsərrüfatı texnikası alınmasına 58,32 mln manat xərclənib. İndiyədək ölkəyə 2769 ədəd maşın, o cümlədən 272 taxılyığan kombayn, 883 traktor və s gətirilib. 2005-2013-ci illərdə 274 450 min manatlıq 17,3 min texnika alınıb. Bunun 11 542 ədədi (ümumi qiyməti 157 570 min manat) 6 591 fiziki və ya hüquqi şəxsə lizinqə verilib və ya satılıb. Qalan texnika ASC-nin 53 filialındadır. 2013-cü ildə “Aqrolizinq” 21 istehsal müəssisəsi yaradılması üçün texnoloji xətlər alıb (suvarma sistemi, istixana avadanlığı, quşçuluq ferması və s.). Buna 19,5 mln manat xərclənib. SC fəaliyyətə başalayandan 133,3 mln manatlıq 151 texnoloji avadanlıq alıb. “Aqrolizinq” ASC həmçinin mineral gübrə, cins ev heyvanları alır və qiymətinin 50%-ə lizinqə verir. ASC-də qeyd ediblər ki, ötən il təsərrüfat fəaliyyətindən 37,47 mln manat gəlir olub. Servis xidmətinin payı 1 mln 360 min manatdır. 2005-2013-cü illərdə “Aqrolizinq” ASC-nin fəaliyyətinin təşkilinə 650 mln manat xərclənib. Bu il ASC dövlət büdcəsindən 35 mln manat alıb. Azərbaycanda kənd təsərrüfatı torpaqlarının kultivasiyası ilə çox az müəssisə məşğuldur. Köhnə aqrotexservislər özəlləşdirilib və faktiki fəaliyyətsizdir. Geri qayıt |