Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Mərkəzi bank maşın kreditini qadağan edir – “Bank of Baku” rəhbərliyi isə öz kef-damağındadır

Mərkəzi bank maşın kreditini qadağan edir – “Bank of Baku” rəhbərliyi isə öz kef-damağındadır


26-02-2014, 15:44
Mərkəzi bank maşın kreditini qadağan edir – “Bank of Baku” rəhbərliyi isə öz kef-damağındadır
DİA.AZ: - Azərbaycanın ayrı-ayrı banklarının fırıldaqçı əməlləri barədə yerli mətbuatda dəfələrlə bilgilər verilib. Bu əsnada daha çox ad çıxaranı isə məşhur В«WikiLeaksВ» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə İran kəşfiyyatına yaxın bir bank kimi təqdim olunan В«Bank of BakuВ»dur.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sözügedən ölkənin Dövlət Departamentinə ünvanladığı məxfi qrifli məlumatlarda bildirilirdi ki, bu bank vasitəsilə İranın xüsusi xidmət orqanlarına aid çirkli pullar yuyulmaqdadır. Bir ay ərzində İrandan qara yollarla ötürülən 5 milyon dollar məhz В«Bank of BakuВ»nun В«çistilişeВ»lərində təmizlənir.

Bundan əlavə, bu bankın eyni zamanda В«Hyundai Auto AzerbaijanВ» şirkəti ilə ortaq şəkildə vətəndaşlara divan tutması da mətbuatda səslənən fikirlərdəndir. Bildirək ki, В«Hyundai Auto AzerbaijanВ» şirkəti əslən İrandan olan və ETTEALAT-la mübhəm əlaqələri olan Oromi ailəsinə məxsusdur. Eyni zamanda bu ailənin sahiblik etdiyi NAB şirkəti də В«Bank of BakuВ»nun əsas payçılarından biridir. Bu ailənin varidatları sırasında В«Baku ElectronicsВ» kimi mühüm bir struktur da yer almaqdadır. Hər halda, belə bir imkan çevrəsinin Azərbaycanda hansı səviyyəli əlaqələrə malik olmasını təxmin etmək o qədər də çətin deyil.

Təbii ki, bu əlaqələr də öz növbəsində Azərbaycan vətəndaşlarına divan tutulması üçün də münbit şərait yaradır. Məhz В«Bank of BakuВ»nun müştərisi olma səbəbindən yüzlərlə Azərbaycan vətəndaşının əmlakı əlindən alınıb. Bu bankdan kredit götürən onlarla vətəndaşımızın bu gün evlərini satışa çıxardığı da faktdır.

Bəlkə də buna görədir ki, nəhayətdə Mərkəzi bank maşın kreditlərinin ləğvi və çətinləşdirilməsi barədə qərar verməli oldu.

DİA.AZ-a ötürülən məlumatda isə əslində Mərkəzi bankın məlum qərarı verməsində vətəndaşların yox, məhz yuxarı faizlə kredit verən bankların günahkar olduğu üzə çıxır. Bu əsnada isə daha çox diqqətə gələni barəsində danışdığımız “Bank of Baku”dur. Yəni yüksək faizlər hesabına vətəndaşlara qarşı rəsmən talançılıq siyasəti yürüdən “Bank of Baku” hələ də meydan sulamaqdadır.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, В«Bank of BakuВ»nun fırıldaq yolu ilə vətəndaşları talamasında iştirakçılardan biri də Ədliyyə Nazirliyidir: В«Məhz bu nazirlikdə qurulan saxta hərraclar yolu ilə vətəndaşların kreditlərinin müqabilində olan əmlakları dəyər-dəyməzinə satılır. Halbuki satış hüququ kredit alan vətəndaşda olsaydı, onu istədiyi qiymətə sata bilərdiВ».

Mənbəmiz bildirir ki, hətta bu işdən nazir Fikrət Məmmədovun da məlumatı var: В«Hər halda, nazirin bu işlərdən xəbərsiz olması qeyri-mümkündür. Çünki hərraclar nazirin birbaşa diqqətindədirВ».

Mənbənin sözlərinə görə, ilk əvvəl vətəndaşların əmlakını nisbətən münasib qiymətə satışa çıxaran В«Bank of BakuВ» nümayəndələri sonradan maxinasiyalar yolu ilə əmlakın qiymətini öldürürlər: В«Yalandan hərrac elan olunur, amma təşkil edilmir. Çünki hərracda həqiqi alıcıların iştirakı təmin edilmir. Bundan sonra ikinci hərrac təşkil olunur. Bu da saxta sənədlər üzərində baş verir. Hətta əmlakın sahibi olan vətəndaş israr etsə belə, yenə də eyni ssenari işə düşür. Çünki xəbəriz olan real müştərilərin hərracda iştirakları mümkünsüzdür. Bu yolla kredit müqabilində qoyulan əmlakın qiyməti öldürülürВ».

Mənbə bildirir ki, vətəndaşların əmlaklarını bu şəkildə dəyər-dəyməzinə satan В«Bank of BakuВ» yönəticiləri əslində bu xalqın düşmənləridir: В«Hər halda, düşmən olan kəs insanlarımızı bu yolla müflisləşdirər. Buna dövlət adına işlənən, dövlətin də şərik olduğu TALAN SİYASƏTİ də demək olarВ».

Geri qayıt