Əsas Səhifə > Güney Press / Ana xəbər > Eldar Əzizovun 10-cu mikrorayonun ərazisini satması etiraza səbəb oldu
Eldar Əzizovun 10-cu mikrorayonun ərazisini satması etiraza səbəb oldu26-02-2014, 15:06 |
|
Sumqayıtda yerləşən 10-cu mikrorayonun sakinləri etiraz aksiyası keçirirlər. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı jurnalist Elçin Həsənov Facebook səhifəsində yayıb. O bildirib ki, aksiyanın keçirilməsinə səbəb 13-cü mikrorayonla 10-cu mikrorayon arasında məhəllə yollarının şəhərin icra başçısı Eldar Əzizovun hansısa məmura satmasıdır. Qeyd olunur ki, sakinlərin istifadə etdiyi və uşaqların oynadığı ərazinin qanunsuz olaraq işbazlar tərəfindən hasara alınması hiddətə səbəb olub. Həmçinin həmin ərazidə böyük obyekt tikintisinin həyata keçiriləcəyi gözlənilir. Məlumatda deyilir ki, əraziyə polis qüvvəsi cəlb edilib. Lakin sakinlər etirazlarına davam ediblər. Bu zaman isə tərəflər arasında toqquşma yaşanıb. Geri qayıt |