Əsas Səhifə > Güney Press, Reklam > “AzerGold” QSC-də 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib
“AzerGold” QSC-də 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib27-12-2023, 11:18 |
AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 2-ci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Əli Əhmədovla yekun görüşünü keçirib. Görüşdə 1 illik fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, proqramın nəticələri ətraflı müzakirə edilib. Z.İbrahimov mentorluq proqramının uğurla başa çatması münasibətilə Əli Əhmədovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. QSC-nin İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək, təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzu edib. “AzerGold” QSC-də müşavir vəzifəsinə təyin olunan Əli Əhmədov proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, karyera və şəxsi həyat balansının qorunub saxlanılması, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, qazandığı nəzəri-praktiki təcrübə və biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını bildirib. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Geri qayıt |