Əsas Səhifə > Güney Press / Ana xəbər > AMİ-nin bağlanma qərarı verilən 4 filialı ilə bağlı açıqlama

AMİ-nin bağlanma qərarı verilən 4 filialı ilə bağlı açıqlama


26-02-2014, 13:33
AMİ-nin bağlanma qərarı verilən 4 filialı ilə bağlı açıqlama
Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarında oxuyan tələbələrin təhsilini bu məktəblərdə davam etdirib-etdirməyəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, həmin filiallara 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Ancaq buna baxmayaraq, bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər.
AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənnlər üzrə dərslər də təşkil olunacaq.

Geri qayıt