Əsas Səhifə > Güney Press / Ana xəbər > "Məni Ramiz Mehdiyevin qəbuluna buraxmasalar"...
"Məni Ramiz Mehdiyevin qəbuluna buraxmasalar"...26-02-2014, 11:26 |
![]() Ağcabədi rayonu, Aşağı Mehrablı kənd sakini Nurayə Əhmədova başına gələnləri “Azadlıq”a ünvanladığı məktubda yazıb. Şikayətçi “Azadlıq” vasitəsilə eyni zamanda, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Nurayə Əhmədova yazır: “Mən əlil anasıyam. Anadangəlmə əlil olan balamın məşğuliyyətini təmin etmək məqsədilə 40 evdən ibarət kəndimizdə 12 kvadrat metrlik ticarət köşkü tikdirmişəm. Kredit götürərək inşa etdirdiyim və borca düşməyimə səbəb olan bu tikintini sənədləşdirmək üçün rüşvət olaraq məndən 500 manat tələb olundu. Onu vermək imkanım olmadığı üçün ailə başçımızdan akt yazıblar. Binanı sökməyəcəyimiz təqdirdə isə həyat yoldaşımı rayonun rəhbər şəxslərinin göstərişilə həbsə atacaqlarını dedilər. Düşdüyüm borcdan qurtulmaq üçün üç yolum qalıb - Azərbaycanda xüsusi nüfuzu olan Ramiz müəllimin qəbuluna düşüb dərdimi ətraflı söyləmək, həyat yoldaşımı qazanc məqsədilə Suriya xalq ordusunda döyüşə yollamaq, sağ qalarsa, muzdlu qulluğa görə alacağı pulla borcdan qurtarmaq. Bu variantı qəbul etmək bizim üçün ona görə ağırdır ki, bu addım ölkəmizə başucalığı gətirməz və bunu özümüzə rəva görmərik. Son yolumuz da əzabdan qurtarmaq üçün başıma benzin töküb özümü yandırmaqdır. Məni Ramiz Mehdiyevin qəbuluna buraxmasalar, 21 mart 2014-cü il tarixdə saat 18.00 radələrində Prezident Administrasiyası, ya da Ağcabədi Rayon Icra Hakimiyyəti qarşısında özümü yandıracağam. Balalarımın bu günündə onları anasız qoymamaq üçün məni qəbul etməyinizi xahiş edirəm. Bunun reallaşmasına ümidliyəm". Geri qayıt |