Əsas Səhifə > Güney Press / Ana xəbər > В«AzərsuВ» Şamaxı əhlinə Kərbəla müsibəti yaşadır
В«AzərsuВ» Şamaxı əhlinə Kərbəla müsibəti yaşadır26-02-2014, 10:25 |
|
Azərbaycanın dağlıq rayonlarından biri olan, habelə ölkənin aparıcı turizm məntəqələrindən biri sayılan Şamaxıda biabırçı vəziyyət yaranıb. JAM.AZ rayon sakinlərinə istinadən xəbər verir ki, hal hazırda dörd bir yanı bulaqlarla əhatələnmiş Şamaxı əhli içməli suyu pulla alır. Özü də hər maşını üçün 20 manat xərcləməklə. Verilən məlumatda deyilir ki, rayonun içməli suya olan təlabatını ödəmək məqsədi ilə В«2008-2013-cü illər Dövlət ProqramıВ» çərçivəsində işlər həyata keçirilməli idi. Lakin В«AzərsuВ» ASXC, В«AlıbəyliВ» şirkəti və Şamaxı rayon İcra Hakimiyyətinin bu məqsədlə ayrılmış vəsaiti mənimsədiyi iddia edilir. Məlumatlarda deyilir ki, Şamaxıdakı hər bir ev ayda 3 dəfə içməli su alır. Bu isə bir ailənin təkcə suya 60 manat xərcləməsi deməkdir. В«Rayonda yaşayanlar ya kiçik dövlət işçiləri, ya da pensiyaçıdırlar. Aldıqları da 100-200 manat maaş və ya pensiyadır. Bu pulun da ayda 60 manatını suya verdikdə, yerdə qalanla bir ay dolanmaq mümkün deyil. Rayonun İcra Hakimiyyəti isə yaranmış vəziyyətdən qəti narahat deyil. Heç problemi həll etmək fikrində olana da oxşamırВ». Geri qayıt |