Əsas Səhifə > Güney Press / Manşet > Rəsmi Bakı ilə Qərb dairələri arasında gərginlik

Rəsmi Bakı ilə Qərb dairələri arasında gərginlik


25-02-2014, 16:54
Rəsmi Bakı ilə Qərb dairələri arasında gərginlik
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Nazirlər Kabinetinin rəhbərliyində dəyişiklik gözlənilir. Xəbərdə qeyd olunurdu ki, baş nazir Artur Rəsizadənin istefaya göndərilməsi, onun yerinə isə hazırda baş nazirin müavini, Nazirlər Kabineti yanında fövqəladə hallar komissiyasının sədri postunu tutan Abid Şərifovun təyin edilməsi gözlənilir.

Bildirək ki, bu barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Hökumət içindəki bilgili qaynaqların DİA.AZ-a verdiyi xəbərə görə, dəyişiklik mart ayının əvvəlində həyata keçiriləcək: В«Əslində Artur Rəsizadənin görəvdən alınmasına elə bir ehtiyac yox imiş kimi görünsə də, vəziyyət tamam fərqlidir hakimiyyət istər-istəməz yeniliklərə, dəyişiklərə getmək zorundadır. Xüsusən də hökumətin rəhbərliyi məsələsində rəsmi Bakıya davamlı olaraq təzyiqlər edilirВ».

Mənbəmiz bildirir ki, ğu günlərdə nüfuzlu beynəlxalq təşkilatlardan biri rəsmi Bakı qarşısında sərt formada tələblər qoyub: В«Əslində bu gün ABŞ-la Azərbaycan hakimiyyəti arasındakı münasibət gərginliyi də təsadüfi deyil. Neçə müddətdir Qərbə aid dairələr rəsmi Bakıya təzyiqlər edir. Əsas tələb isə dəyişikliklərlə bağlıdır. Regionda baş verənlər Azərbaycandan da yan qaçmayacaq. В«Bizim üçün regionda enerji təhlükəsizliyi Azərbaycanda demokratiyadan daha vacibdir - deyən qüvvələr artıq hərəkətdədirlər. Bu da özünü müxtəlif formalarda təzahür etdirməkdədirВ».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: В«Azərbaycanda dəyişiklik istəyən qüvvələr Ukraynada baş verənlərdən ruhlanaraq rəsmi Bakıya təzyiqlərini daha artırıb ki, bu da özünü yaxın günlərdə biruzə verəcək. Artur Rəsizadənin yerinə Abid Şərifovun təyin olunması da məhz Qərblə aparılan məxfi danışıqların təzahürü kimi qəbul olunmalıdırВ».

Mövzumuz davam edəcək… Bizi izləyin…

Geri qayıt