Əsas Səhifə > Güney Press / Ana xəbər > “Akif Muradverdiyevin səhhəti ağırlaşıb”
“Akif Muradverdiyevin səhhəti ağırlaşıb”25-02-2014, 14:51 |
![]() Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin səhhəti kəskin ağırlaşıb. Vəkili Rəşad Mirmehdizadə “Media forum” saytına bildirib ki, həkimlər yardım etsələr də, heç bir irəliləyiş yoxdur: “Fevralın 24-də müalicə müəssisəsində görüşdük. Vəziyyəti getdikcə ağırlaşır. Müalicənin heç bir nəticəsi yoxdur. Boyun fəqərələrində yaranan problemlər ucbatından kəskin ağrılardan əziyyət çəkir. Kənardan da yoxlanış üçün həkimlər gətirilib. Heç bir fayda yoxdur”. Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur. Bakı Apellyasiya Məhkəməsi fevralın 12-də rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Muradverdiyev hazırda Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində müalicə olunur. Geri qayıt |