Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Neftçalanın icra başçısı sahibkar qiyamının bədəlini ödəyir
Neftçalanın icra başçısı sahibkar qiyamının bədəlini ödəyir25-02-2014, 13:23 |
![]() DİA.AZ: Neçə müddətdir ki, yerli mətbuatda rayon icra başçılarından bəzilərinin vəzifələrindən çıxarılağacı haqda informasiyalar yayılmaqdadır. Əslində RİH rəhbərləri ilə bağlı növbəti ələməi prosesinin start götürəcəyi çoxdandır anons edilir və DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, yaxın günlərdə dəyişikliklərin start düyməsi basılacaq. Hökumət içindəki məlumatlı mənbənin söylədikləri: В«Bu həftə iki rayonun icra başçısı vəzifəsindən alınacaq. Bu, start olacaq və proses davam edəcək. Ümumiyyətlə, 10-dan artıq rayonun rəhbərinin dəyişdirilməsi gözlənilirВ». Mənbəmiz iddia edir ki, görəvindən alınacaq icra başçılarından biri Neftçalaya rəhbərlik edən İsmayıl Vəliyevdir. Əslində vəzifəsində yeni olan İsmayıl Vəliyevin 2011-ci ildə Neftçalaya rəhbər göndərilməsinə baxmayaraq, onunla bağlı qərarın çoxdan verildiyi deyilir. Belə ki, zaman-zaman yerli ictimaiyyətlə dil tapmaqda çətinlik çəkən və rayonun sahibkarları ilə bir neçə dəfə konflikt yaşayan İsmayıl Vəliyevin adının В«qara siyahıВ»ya xeyli əvvəlindən düşdüyünü söyləyən mənbəmiz onu da əlavə etdi ki, İsmayıllıda baş verən məlum olaylar necə ki, xeyli müddət sonra Füzuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri postundan alınmasında mühüm element kimi çıxış etdi, həmin ərəfədə Neftçalada yaşanılanlar da İsmayıl Vəliyevlə bağlı В«siyasi fətvaВ»nın verilməsinə nədən olub: В«Qərar isə bu günlərdə rəsmiləşəcəkВ». Mənbəmiz vəzifəsindən alınacaq ikinci icra başçısının isə hazırda Bakının Xətai rayonuna rəhbərlik edən Razim Məmmədov olduğunu söylədi. Geri qayıt |