Əsas Səhifə > Güney Press, Reklam > “Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir15-12-2023, 07:51 |
“Nar” Qarabağ iqtisadi zonasının bütün şəhərlərində şəbəkə xidmətlərinin genişləndirilməsini davam etdirir. Bu təşəbbüs “Nar”-ın regionlarda abunəçilərə kəsintisiz və sərfəli mobil xidmətlər təqdim etmək öhdəliyini nümayiş etdirir. Ümumilikdə, “Nar” Qarabağ iqtisadi zonasında 100-dən çox baza stansiyasını uğurla inşa edərək istismara verib. Bununla da, Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam abunəçiləri üçün etibarlı şəbəkə əhatəsindən faydalanmanı təmin edib. Həmçinin, “Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub. Geniş şəbəkə infrastrukturunun inkişafı çərçivəsində “Nar” 2023-cü ildə önəmli nailiyyətlər əldə edib. Mobil operator hazırda ölkə üzrə 98,5% ərazi, 99,71% əhali əhatəsi ilə artan abunəçi bazasına sərfəli və yüksək keyfiyyətli mobil xidmətlər təqdim etməyə davam edir. 2024-cü ildə “Nar” öz şəbəkə infrastrukturunu daha da gücləndirmək planı çərçivəsində Qarabağ iqtisadi zonasının müxtəlif qəsəbə və kəndləri də daxil olmaqla, bütün ölkə ərazisində baza stansiyası inşasını davam etdirməyi və abunəçiləri üçün daha əhatəli və etibarlı mobil təcrübə təmin etməyi planlaşdırır. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. Geri qayıt |