Əsas Səhifə > Güney Press / Ana xəbər > “Hakimiyyət daxilində nurçuların olması istisna edilmir”

“Hakimiyyət daxilində nurçuların olması istisna edilmir”


25-02-2014, 11:52
“Hakimiyyət daxilində nurçuların olması istisna edilmir”
“Məmur övladlarının qeyri-ənənəvi dini təriqətlərə qoşulması ilə bağlı o qədər də çox söz eşitməmişəm. Lakin hərdən bir məlumatlar da olur. Belə ki, Hacıbala Abutalıbovun və digər məmur övladlarının qeyri-ənənəvi təriqətlərə qoşulması ilə bağlı məlumatlar mövcuddur.”

Bu sözləri FaktXeber.com-a politoloq Arif Yunus məmur övladlarının qeyri-ənənəvi dini təriqətlərə qoşulması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib.

Müsahibin sözlərinə görə, sözügedən proses məmur övladları arasında o qədər də geniş miqyas almayıb: ”Real proseslə, mətbuatda yayılan məlumatlar arasında kifayət qədər fərq var. Düşünmürəm ki, bu sahədə elə də ciddi problemlər mövcuddur. Hansısa məmur övladının sələfi və ya digər cərəyanların ideologiyasını qəbul etməsi ölkədə islamın durumu ilə bağlı elə də ciddi faktor rolunu oynamır. “

Hakimiyyətdə təmsil edilən nurçularla bağlı da açıqlama verən ekspert bildirdi ki, bununla əlaqədar millət vəkili Fazil Mustafa və digər şəxslərin adlarını hallandırırlar:

“Hakimiyyət daxilində nurçu təriqətinə aid şəxslərin olması istisna edilmir. Lakin fakt lazım gəldikdə isə, bir qədər çətin olur.”

Geri qayıt