Əsas Səhifə > Güney Press / Ana xəbər > Neft ölkəsi adına böyük bir ayıb - Şoka düşəcəksiniz
Neft ölkəsi adına böyük bir ayıb - Şoka düşəcəksiniz25-02-2014, 11:34 |
|
Azərbaycanda inkişafın analoqu olmayan, sürətli və daha dəhşətli tərəflərindən danışan hakimiyyət dairələri, nədənsə gözlərinin qabığanda olan ən böyük problemləri görmürlər. Və ya ola bilər ki, görməzdən gəlirlər. JAM.AZ xəbər verir ki, hər il dövlət büdcəsindən səhiyyəyə ayrılan milyonlarla manat vəsaitin nəyə xərcləndiyini görmək elə də çətin deyil. Ötən günlərdə Lökbatan qəsəbəsində fəaliyyət göstərən uşaq klinikasının vəziyyətini əks etdirən fotoşəkilləri yaymaqla həmin pulların nəyə və necə xərcləndiyini nümayiş etdirmişdik. Bu gün də həmin fotolardan biri ilə oxucuları tanış edəcəyik. Fotoda gördüyünüz daxma Şəki rayonunun Fazil kəndində fəaliyyət göstərən Tibb Məntəqəsidir. Bütöv bir kəndə xidmət göstərən həmin daxmanın Tibb Məntəqəsi kimi işə yaramasını kimsə təsdiq edə bilməz. Geri qayıt |