Əsas Səhifə > Güney Press / Manşet > Vəhabilər bu dəfə Rafiq Əliyevi topa tutdular və ilginc faktları açıqladılar

Vəhabilər bu dəfə Rafiq Əliyevi topa tutdular və ilginc faktları açıqladılar


24-02-2014, 15:57
Vəhabilər bu dəfə Rafiq Əliyevi topa tutdular və ilginc faktları açıqladılar
DİA.AZ: - Məlum olduğu kimi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) sabiq sədri Rafiq Əliyev yerli mediaya açıqlamasında vəhabiləri, nurçuları, habelə hazırki DQİDK sədri Elşad İsgəndərovu və Milli Təhlükısizlik Nazirliyini ittiham edib.

Onu da bildirək ki, Rafiq Əliyevin bu açıqlaması böyük rezonansa nədən olub və vəhabi cinahından sabiq məmura cavab verilib. DİA.AZ-a daxil olan cavab reaksiyasında deyilir:

“Hal hazırda sahib olduğun “İrşad “ hotelinin maliyyəsini elə məhz sələfilərin dövləti olan Səudiyyə Ərəbistanının “İslam İnkişaf Bankından” aldığını niyə gizlədirsən? “İrşad Araşdrmalar Mərkəzi” adı altında aldın,amma özünə hotel tikdin.”İrşad” hotelin arxa hissəsinidə özünə şəxsi ev etdin və bu günə kimi orda yaşayırsan. Sələfilərin pulu ilə tikildiyi evdə yaşamırsanmı? Sələfilərin pulu ilə tikilən hoteldə yaşamırsanmı? Sələfilər heç bir səbəb olmadan sənə bu maliyyəni ayırdılar? Əlbəttə ki yox. Sən DQİDK sədr olduğunda sələfilər 112 ədəd kitab tərcümə etdilər və Azərbaycan dilində komitənin icazəsi ilə nəşr etdilər. Bu həqiqətləri nə üçün gizlədirsən?

DQİDK sədr olduğun dövrdə ekspertiza şöbəsinin rəisi Ceyhun Məmmədov deyildimi ki, sələfilərdən və nurçulardan hər kitabın çapına icazə üçün 800 dollar pul alırdı. Bundan xəbərin yoxdurmu?

DQİDK sədr olduğun dövrdə köməkçin Elmir Quliyev deyildimi? Elmir Quliyevin Azərbaycanda “İxvan İdeologiaysı”nı yayan şəxs olduğunu bilmirdinmi? Məgər bilmirdinmi Elmir Quliyev Yusif Əl Kardavinin Azərbaycanda gizli nümayəndəsidir? İndi guya ixvanların təhlükəsindən danışırsan?

Allahşükür Paşazadə həzrətləri səndən elə bir kitab yazmağı istəmişdi ki, kitabın adı “Tövhid” kitabı olsun, amma vahhabilik dolayısı yolla təngid edilsin. Sən də ərəblərə yaxşı görsənmək üçün əksinə vahhabiliyi dolayısı yolla normal göstərən kitab yazdın və kitabın Səudiyyə Ərəbistanı Dini İşlər Nazirliyinin maliyyəsi ilə çap edildi. Bundan sonra Şeyxlə aranda soyuqluq yarandı. Bundan sonra Səudiyyənin Ciddə Şəhərində yerləşən İslam İnkişaf Bankı “İrşad Araşdırmalar Mərkəzi” üçün pul ayırdı və sən də fürsətdən istifadə edib hotel tikdirdin.

Ərəb dilində yazdığın “Azərbaycan İslam Alimləri” adlı kitabını ərəb ölkələrində kim çap etdi? Bu gün terrorçu kimi qələmə vermək istədiyin sələfilər. Səudiyyə Ərəbistanı İslam Nicat Təşkilatı (hal hazırda Azərbaycanda fəaliyət göstərmir, bağlanıb) çap etmələri üçün dəfələrlə xahiş etdin. Bəs İslam Nicat Təşkilatı sələfilər ya da vahhabilər deyildimi?

Yaxşı bəs nə üçün Azərbyacanda, ABŞ senatoru Mit Romninin xahişi ilə xristiyanların qolu sayılan Mormonçul üçün təşkil etdiyin konfransdan danışmırsan? Mormonçulardan müəyyən məbləğ müqabilində onları dini icma kimi qeydiyyatdan keçirmək istəyirdin. Amma dövlət icazə vermədi. Mormonçuların konfransına sənin xahişin ilə iki millət vəkili qatılmışdı və mediada biabir olduqdan sonra qəzetlərdə açıq aşkar müsəlman olduqlaırnı söyləyirdilər.

.Nurçuların, Səid Nursi tərəfdarlarının Azərbaycana kanterlərlə gətirdikləri kitabları gömrükdən daxil edilməsi üçün izacə məktublarnı yada sal. İcazə müqabilində Ceyhun Məmmədovun aldığı 38.000 dolları yada sal. Bəlkə xəbərin olmayıb?

DQİDK sədri postundan işdən azad olunmağının əsl səbəbini ilk dəfə açıqlanacaq. Bu barədə bir dəfə də olsa danışmırsan. Sənin işdən azad olunmağını Şeyx Paşazadənin üstünə atmaqla əsl məsələni gizlətdin. Amma əsl məsələ belə idi.

İşdən azad olunmadan 2 ay öncə Azərbaycanda bütün nazirliklər və qurumlara yazılı məktub göndərmişdin ki, namaz qılanları siyahıya alın. Bununla da özünü daha çox İlahm Əliyevə göstərmək istəyirdin. Amma anlamırdın ki, İlham Əliyev heç zaman belə siyasi səhvə yol verməz.

Prezdent Administrasiyasında məhz nurçu dediyin şəxslər bu məsələ ilə bağlı şəxsən prezdentə məruzə etdilər və işdən azad edildin. İşdən azad olunman xəbərini Yevlax Rayonundan dönəndə yolda aldın. Halın pisləşdi. Müavinin və yaxın adamın Səməd Bayramzadənin isə komitədə ürəyi getdi və ambulans çağrıldı. Çünki elə bildiridin heç zaman işdən azad edilməyəcəksən”.
Daha sonra vəhabi cinahı sabiq məmura bunları yazır: “Lazım olsa Fransa Səfirliyinin Mədəniyyət Mərkəzinin səndən necə istifadə etməsi, toplantılar vasitəsi ilə dini durum barədə məlumat toplaması və sənin sayəndə dini məzhəblər arasında casusluq oyununun aparması barədə də yaza bilərik”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt