Əsas Səhifə > Güney Press / Ana xəbər > В«AzərkörpüВ» rəhbərinin oliqarxlarla işbirliyinin gizlinləri

В«AzərkörpüВ» rəhbərinin oliqarxlarla işbirliyinin gizlinləri


22-02-2014, 14:19
В«AzərkörpüВ» rəhbərinin oliqarxlarla işbirliyinin gizlinləri
Büdcə vəsaitləri bu üç şəxs arasında qardaş payı kimi bölüşdürülür.Tikinti sektorunda monopolist mövqe tutan şirkətlərdən biri də В«AzərkörpüВ» Açıq Səhmdar Cəmiyyətidir (ASC). Özəl və dövlət sifarişli layihələri həyata keçirən şirkətin tarixçəsinə nəzər salanda məlum olur ki, MMC öz fəaliyyətinə 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış В«Körpütikintidəstəsi-100В» kimi başlayıb. 2001-ci ildə keçirilmiş özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb.

Qeyd edək ki, sözügedən şirkət körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması ilə məşğul olur. 3000 nəfərdən artıq işçisi olan şirkətdə son vaxtlar müxtəlif qanun pozuntuları nəzərə çarpmaqdadır. Bu barədə qəzetimizin əvvəlki saylarında da tənqidi yazılar dərc edərək ASC sədri Əfəndi İsmiyevin dövlət sifarişli layihələrdə qazandığı milyonlardan danışmışdıq. Həmçinin onu da vurğulamışdıq ki, В«AzərkörpüВ» rəhbəri əldə etdiyi gəlirlərə baxmayaraq, dövlət büdcəsinə vergi keçirməkdən imtina edir. Əfsus ki, əlaqədar dövlət orqanları Açıq Səhmdar Cəmiyyətində baş verən özbaşınalıqları araşdırmadılar. Elə bu səbəbdəndir ki, Əfəndi İsmiyevin özbaşına işləri zaman ötdükcə daha da şaxələnir və bir sıra problemlər yaradır. Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirik. Son zamanlar şirkətə məxsus ağır texnikalar paytaxt yollarında əməlli-başlı təhlükə yaradırlar. Bir neçə ay öncə şirkətə məxsus beton qarışdıran maşın minik avtomobilinin üstünə aşaraq beş nəfərin həyatına son qoydu. Amma baş verən qəzaya görə, В«AzərkörpüВ» rəsmiləri məsuliyyətə cəlb edilmədi. Qeydə alınan bədbəxt hadisəyə rəğmən, şirkətin texnikalarını idarə edən şəxslər yenə də sürət həddini aşırlar. Təcrübəsiz və sürücülük vəsiqəsi olmayan şəxslərin işə götürülməsi bu cür hadisələrin qeydə alınması üçün münbit zəmin yaradır. Apardığımız araşdırmalar göstərir ki, dövlət sifarişli layihələrdə В«AzərkörpüВ»nün В«bəxtiВ» gətirir. Belə ki, В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC, В«Azərbaycan Dəmir YollarıВ» QSC, Dövlət Sərhəd Xidməti kimi dövlət qurumlarının tikinti layihələrinin Əfəndi İsmiyevin şirkəti həyata keçirir. Əldə etdiyimiz bilgilərə əsasən, В«AzərkörpüВ»nün milyardlarla manat həcmi olan böyük layihələrə cəlb olunması yüksək rütbəli şəxslərdən biri ilə bağlıdır. Etibarlı mənbənin sözlərinə görə, ASC sədri hökumətdə təmsil olunan şəxslərdən biri tərəfindən himayə olunur: В«Mən həmin insanın kimliyini açıqlamaq istəmirəm. Ancaq bilənlər bilir ki, cəmiyyət sədrinin arxasında həmin vəzifəli şəxs dayanıb.

Yoxsa В«AzərkörpüВ» bu qədər iri layihələrin tikintisini ələ keçirə bilməzdi. Cəmiyyət sədri В«Meliorasiya və Su TəsərrüfatıВ» ASC-nin rəhbəri Əhməd Əhmədzadə, o cümlədən В«Azərbaycan Dəmir YollarıВ» QSC-nin şefi Arif Əsgərovla yaxın münasibətlərə malikdir. Təsadüfi deyil ki, hər iki qurumun əsas tikinti layihələrini Əfəndi İsmiyev icra edir. İndiyə qədər tikinti şirkəti ilə adıçəkilən dövlət müəssisələrinin işbirliyi dövlət büdcəsinə xeyli miqdarda ziyanın vurulması ilə müşayiət edilibВ». Mənbənin sözlərinə görə, dövlət sifarişli layihələrin həyata keçirilməsi məqsədilə elan olunan tenderlərdə qalib gələn В«AzərkörpüВ» rəhbəri ona xeyir verən qurumların rəhbərləri ilə qarşılıqlı anlaşma əldə edir.

Başqa sözlə desək, tikinti şirkətinin sahibi layihələrin icrası üçün В«AzərkörpüВ»nün hesabına köçürülən pulların bir hissəsini geri qaytarır. Yəni Əfəndi İsmiyev Əhməd Əhmədzadə və Arif Əsgərovun ona etdiyi yaxşılığın qarşılığını bu formada ödəmiş olur. Mənbə onu da söylədi ki, ASC Dünya Bankı, Avropa Bərpa və İnkişaf Bankı, Avropa Komissiyası, İslam İnkişaf Bankı və TACİS proqramları kimi tanınmış beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələri həyata keçirir ki, bu zaman daha böyük yeyinti hallarına yol verilir. Şirkətdə mövcud olan əsas problemlərdən biri də Əfəndi İsmiyevin fəhlələrə qarşı göstərdiyi xoşagəlməz münasibətlə bağlıdır. Qaynağımızın iddiasına görə, əmək hüquqlarını ayaqlar altına sərən şirkətin rəhbəri işçilərin həyatını göz görə-görə riskə atır. Mövcud əmək qanunlarında yazılan maddələrə şirkət rəhbəri tərəfindən əməl edilmir. Digər tərəfdən, işçilər maaşlarını vaxtında ala bilmirlər. ASC sədri isə əməkhaqqının gec verilməsinə etiraz edən işçiləri heç bir səbəb olmadan işdən kənarlaşdırır. В«AzərkörpüВ»də qeydə alınan qanunsuzluqlar saymaqla bitməyəcək qədər çoxdur. Müvafiq qurumlara məsləhət görərdik ki, şirkətdə yoxlamalara başlasınlar. Növbəti saylarımızda Əfəndi İsmiyevin imza atdığı tükürpədici əməllər haqqında geniş yazı dərc edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin də fikirlərini öyrənməyə hazırıq.
В«Gündəlik BakıВ»

Geri qayıt