Əsas Səhifə > Güney Press / Manşet > AZAL-dan Bakının Kıbrıs siyasətinə AÇIQ ƏNGƏL...
AZAL-dan Bakının Kıbrıs siyasətinə AÇIQ ƏNGƏL...21-11-2023, 14:10 |
|
Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar oktyabr ayında Bakıda oldu, prezident İlham Əliyevlə geniş fikir mübadiləsi apardı. Azərbaycanla Kuzey Kıbrıs Türk Cumhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq qərarı verildi. İki ölkə arasında əməkdaşlığın genişlənməsinin əsas şərtlərdindən biri təyyarə reysləridir. Bakı-Lefkoşe birbaşa təyyarə reysinin açılmasının çətinlikləri olsa da, hələlik İstanbul və Antalya üzərindən uçuşların yerinə yetirilməsi planlaşdırılıb. Maraqlandım, aprel ayı üçün Kuzey Kıbrıs Türk Cumhuriyyətinə 1 nəfər üçün gediş-gəliş biletinin ən uyğun qiyməti 800 manatdır. Bu çox böyük məbləğdir. Təyyarə biletlərinin qiyməti bu civarda qalacaqsa, iki ölkə arasında gediş-gəlişin artacağı, turizmin və ticarətin həyata keçirilməsi arzu olaraq qalacaq. Müəllif: Elxan Şahinoğlu - politoloq Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |