Əsas Səhifə > Güney Press / Manşet > "Bələdiyyə qədər ikinci lazımsız qurum varmı Azərbaycanda?"

"Bələdiyyə qədər ikinci lazımsız qurum varmı Azərbaycanda?"


20-11-2023, 17:35
"Bələdiyyə qədər ikinci lazımsız qurum varmı Azərbaycanda?"
"Bu gün mənə Bələdiyyə vergisi (bu absurd vergini icad edənin zatına lənət) bildirişi gəlib, güya mən 5 ildir vergi ödəmirəm. Bildirişdə mənim ünvanım dəqiq yazılıb, amma YVÖK və ata adı yalnışdır. Keçən illərin ödəniş qəbzini təqdim edəndən sonra dedilər ki, səhv olub, düzəldiləcək. Ümid edirəm ki, həqiqətən səhvdir, ödəniş qəbzləri olmayan vətəndaşlardan pul qırtmaq üçün yeni fırıldaq növü deyil.
Hər-halda hər kəsi bu cür hallara hazırlıqlı olmağa çağırıram.
Əgər alın tərilə qazandığımız pullarla aldığımız evə görə bu evin alınmasında zərrə qədər bizə köməyi dəyməyən hökumətə qondarma vergi ödəmək məcburiyyətindəyiksə, heç olmasa ikiqat ödəməyək.
Bələdiyyə qədər ikinci lazımsız qurum varmı Azərbaycanda? Nə isə..."

"Bələdiyyə qədər ikinci lazımsız qurum varmı Azərbaycanda?"

Müəllif Ramin Hüseynzadə - Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt