Əsas Səhifə > Güney Press / Manşet > Səhiyyə nazirliyində dəyişiklik qərarı - Təkcə işdən qovulanı Əli İnsanovun kadrı olmayacaq
Səhiyyə nazirliyində dəyişiklik qərarı - Təkcə işdən qovulanı Əli İnsanovun kadrı olmayacaq21-02-2014, 17:26 |
|
DİA.AZ: - В«Son prezident seçkilərindən sonra dövlət qurumlarında kadr islahatlarının həyata keçirilməsi birbaşa olaraq В«yuxarılarınВ» təlimatı ilə baş tutub və bütün nazirliklər, dövlət komitələri bu qaydaya uyğun olaraq yeniliklərə getmək zorundadırlarВ». Bu sözləri DİA.AZ-a açıqlamasında ifadə edən hökumət içindəki məlumatlı mənbə bildirir ki, digər dövlət qurumları ilə müqayiəsədə kifayət qədər passif görünən səhiyyə nazirliyi də nəhayətdə dəyişikliklərə qərar verib. Xatırladaq ki, hələ keçən günlərdə belə bir dəyişikliyin gözlənildiyini, ilk növbədə isə səhiyyə nazirliyində Əli İnsanovdan qalma yeganə kadr kimi tanınan nazir müavini Elsevər Ağayevin yola salınacağını xəbər vermişdik. Bu addımın atılacağını bildirən bilgili qaynaq iddia edir ki, təkcə vəzifəsini itirəni Elsevər Ağayev olmayacaq: В«Ümumiyyətlə, nazirliyin mərkəzi aparatında 20-yə yaxın vəzifəli şəxsin işdən alınması qərarlaşdırılıb ki, artıq onlardan bəzilərinə müvafiq olaraq işdən çıxmaları barədə ərizə də yazdırılıbВ». Mənbə bildirir ki, səhiyyə naziri Oqtay Şirəliyev yaxın günlərdə bu dəyişikliklərlə bağlı mətbuat qarşısına çıxacaq: В«Həmin ərəfədə də ərizələri alınanlar rəsmən işdən çıxarılacaq. Eyni zamanda bu sıraya əlavə olaraq qoşulanlar da olacaqВ». Bu arada xəbəri verən qaynaq iddia edir ki, nazirliyə Tibb Universitetini keçən il qurtarmış bir məmur yaxınlarından birinin kifayət qədər ciddi bir posta təyin edilməsi də gözlənilir. Geri qayıt |