Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş nazirin yaxın qohumu barəsində açılan cinayət işi aranı qarışdırıb
Keçmiş nazirin yaxın qohumu barəsində açılan cinayət işi aranı qarışdırıb21-02-2014, 16:22 |
![]() Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən birliyin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əməkhaqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat məbləğində hesablanmış əmək haqlarını həmin kartlar vasitəsilə alaraq onlara külli miqdarda ziyan vurmalarında və digər qanun pozuntularına yol vermələrində, həmçinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevin xidmət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsi üçün birliyə ayrılmış pul vəsaitinin istifadəsi ilə əlaqədar dövlətə 68.0 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi maddəsi ilə cinayət işi açılan Cavid Hadıyev sabiq kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini işləyən İsmət Abasovun baldızı oğludur. Biz hələ İsmət Abasov vəzifədə olarkən Cavid Hadıyevin DBX-də törətdiyi fəsadlardan və həyata keçirdiyi özbaşınalıqlardan məlumat vermişdik. Lakin sabiq nazir qohumu olan şəxsi cəzalandırmamışdı. Nazirin dəyişməsindən az müddət sonra isə DBX-nin rəis müavini tutduğu vəzifədən uzaqlaşdırıldı. Onun barəsində cinayət işinin açılması isə səbəbsiz deyil. Cavid Hadıyevin zülmündən cana doyan DBX-nin bəzi işçiləri onun əməlləri barədə aidiyyəti qurumlara məlumat veriblər. Təqdim olunan materialları araşdıran hüquq-mühafizə orqanları keçmiş rəis müavininin vəzifədə olarkən imza atdığı yeyinti faktlarını sübuta yetiriblər. Məlumatlı şəxslərdən əldə etdiyimiz məlumatlara görə, İsmət Abasovun qohumu həbsin bir addımlığındadır. Hələlik, faktla bağlı istintaq işi gedir. İstintaq başa çatandan sonra keçmiş məmurun həbs edilməsi gözlənilir. Cinayət işinə xitam verilməsi üçün baş nazirin müavininə müraciət edən sabiq məmur qohumundan rədd cavabı alıb. yəni İsmət Abasov Hadıyevə heç cür köməklik göstərə bilməyəcək. Bu arada, qeyd edək ki, Cavid Hadıyevin üzləşdiyi vəziyyət KTN strukturunda çalışan digər bəzi vəzifəlilərə də şamil edilə bilər. KTN-nin tabeliyində fəaliyyət göstərən В«AqrolizinqВ» ASC-nin sədri Əli Bayramovun səbəb olduğu qanun pozuntularını heç kim inkar edə bilməz. Açıq Səhmdar Cəmiyyətinin rəhbəri dövlətin fermerlər üçün aldığı texnikaların güzəştli şərtlərlə onlara verilməsinə mane olur. В«AqrolizinqВ»in filiallarında bir-birinin ardınca korrupsiya faktlarının üstü açılır. Bəzi müəssisələrdə qanunsuzluq pik həddə çatıb. Texnikalar aylarla qarajda saxlanılır. Filial müdirləri Əli Bayramovdan göstəriş alaraq fermerlərə süni əngəl yaratdıqlarını deyirlər. Mənbənin sözlərinə görə, cəmiyyət sədrinin qanunsuz hərəkətləri ilə bağlı həm nazir Heydər Əsədova, həm də prokurorluq orqanlarına lazımi informasiyalar ötürülüb. Çox güman ki, yaxın günlərdə В«AqrolizinqВ» sədrinin barəsində də eyni maddə ilə cinayət işi açıla bilər. Qaynağımız deyir ki, KTN-nin keçmiş rəhbəri ilə yaxın münasibətlərə malik olan В«İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit TəşkilatıВ» MMC-nin direktoru Arif Əliyevin də işi dolaşığa düşmək üzrədir. Bildirək ki, agentliyin kredit siyasəti haqda indiyə qədər çoxsaylı tənqidlər səsləndirilib. Kənd təsərrüfatı sahəsinə güzəştli kreditlər vermək əvəzinə, təşkilat rəsmiləri sıfır faiz dərəcəli kredit adı altında kredit sistemindən başı çıxmayan yoxsul kənd sakinlərini və kiçik sahibkarları aldadaraq onlardan ilkin balansla verilən məbləğin 21 faizi məbləğində əvvəlcədən pul alıblar. Bu məsələlər İsmət Abasovun zamanında da gündəmə gəlmişdi, amma sabiq nazir Arif Əliyevin qeyri-qanuni əməllərinə göz yummuşdu. Amma indi məsələ tam fərqlidir. Prokurorluq orqanlarının əlində Əli Bayramov və Arif Əliyevin gördüyü qanunsuz işlərlə bağlı dosye var. Gözləntilərə görə, İsmət Abasova yaxınlığı ilə seçilən hər üç şəxs tezliklə cinayət məsuliyyətinə cəlb edilə və barələrində həbs-qətimkan tədbiri seçilə bilər. Yazıda adı hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq. В«Gündəlik BakıВ» Geri qayıt |