Əsas Səhifə > Güney Press / Ana xəbər > Göygöldə icra başçısının "kitayski" talançılığı

Göygöldə icra başçısının "kitayski" talançılığı


21-02-2014, 14:54
Göygöldə icra başçısının "kitayski" talançılığı
Gözdən uzaq Göygöl rayonunda abadlıq işlərinin aparılması rayonunun icra başçısı Arif Seyidovun sürətlə varlanmasına səbəb olub. Göyçayın abalaşdırılması üçün ayrılan dövlət vəsitləri həmçinin icra başçısının şəxsi mülklərinə də sərf olunur.

Göygöl rayonundan PİA.AZ daxil olan məlumata görə son illər Azərbaycanının dilbər güşələrindən biri olan Göygöl rayonunun abadlaşdırılması, yeni tikintilərin həyata keçirilməsi və yolların və sosial obyektlərin cari təmirlərinin həyata keçirilməsi zamanı xərclənən vəsaitlərin bir hissəsinin mənimsənildiyi bildirilir. Daxil olan məlumatda bildirilir ki, Göygöl şəhərinin abadlaşdırılması və kənd yollarının təmiri üçün istifadə olunan bir neçə milyon manatlıq layihələrini həyata keçirilməsi zamanı smetalardakı qiymətlər icra başçısı Arif Seyidov tərəfindən bir neçə dəfə şişirdilib.

Belə ki, son illər rayonda tarixi əhəmiyyət daşıiyan 170-ə yaxın fərdi, 20-yə yaxın çoxmənzilli yaşayış evlərinin dam örtüklərinin əsasl təmiri və Göygöl şəhərinin mərkəzi küçələrində 5366 p/m səki daşlarının düzülməsi, şəhərin yeni salınmış yaşayış massivinə aid 20 küçəyə, Çaykənd, Aşıqlı kəndlərinin küçələrinin çınqıllanması lahiyyələrində xərclənən yüz min manatlarla vəsait qiymətlərin bir neçə dəfə şişirdilməsi vasitəsi ilə mənimsənildiyi iddia olunur.

Məlumata əsasən Göygöl şəhərinin mərkəzi küçələrinə düzülən səki daşlarının 1 kvm 8-10 manata başa gəlməsinə baxmayaraq səndləşdirmələrdə bu məbləğ 18-20 manat göstərilib. həmçinin şəhərin yeni salınmış küçələrinə tökülmüş çınqıl matreallarının ümumi həsmi bir neçə dəfə artıq göstərilərək külli miqdarda dövlət və yerli vəsaitin mənimsənildiyi qeyd olunur.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Göygöl şəhər mədəniyyət və istirahət parkının yenidən qurularaq əsaslı təmir edilməsi, fəvvarələrin quraşdırılması işlərində də vəsaitlərin xərclənməsi qiymətlərin şişirdirlməsi fonunda səndələşdirilib. Göygöl şəhərinin mərkəzində inşa edilən Bayraq Meydanına isə, 300 min manat vəsait xərcləndiyi qeyd olunur. Mənbə bildirir ki, adı çəkilən Bayraq Meydanının inşası işlərində istifadə olunan üzlük daşlarının, mərmərlərin və başqa tikinti matreallarının qiymətləri icra başçısı Arif Seyidov tərəfindən artırılaraq külli miqdarda vəsait mənimsənilib.

Rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Kommunal İstehsalat Birliyinə hər il ayrılan yüz minlərlə manat vəsaitlər isə müxtəlif işlərin görülməsi adı altında sənədləşdirilərək icra başçısına çatdırıldığı iddia olunur.

Son illər ölkənin bütün rayonlarında rayon büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini yaşıllaşdırma işlərinə yəni ağac əkmə kampaniyasına istifadə olunur. Ağac əkmə kampaniyası Arif Seyidovdan da yan keçməyib və icra başçısı il boyu yaşıllaşdırma idarəsinə ayrılan vəsaitləri mənimsəyərək büdcə təşkilatları rəhbərlərinin hər birinə məcburi ağac əkdirdiyi qeyd olunur.

Məsələn, Göygöl rayon icra hakimiyyətinin rəsmi internet saytında keçən il parklara xiyabanlara, qəsəbələrə və yol kənarlarına 25 mindən çox Çin ağacının əkilməsi göstərilir. PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, İcra başçısının əkdirdiyi Çin ağacları üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılaraq mənimsənilməsini Arif Seyidov daha yaxşı bilir. Həmin ağaclar əslində idarə və müəssisələrdə çalışan insanların hesabına əkilidiyi vurğulanır. İcra başçısının buna büdcə təşkilatlarında çalışan hərkəsin maaşından tutulması barədə göstəriş verdiyi bildirilir.

Qeyd edək ki, Göygöl rayon büdcə təşkilatlarında baş verən maliyyə maxinasiyaları ilə bağlı redaksiyamıza göndərilən məlumatlar araşdırdıqdan sonra oxucularımıza təqdime dəcəyik.

Qarşı tərəfin mövqeyni verməyə hazırıq…

Geri qayıt