Əsas Səhifə > Güney Press / Ana xəbər > Qəfil Bakıya çağrılan icra başçısının səhhətində problem yaranıb

Qəfil Bakıya çağrılan icra başçısının səhhətində problem yaranıb


21-02-2014, 11:20
Qəfil Bakıya çağrılan icra başçısının səhhətində problem yaranıb
Neftçalanın icra başçısı İsmayıl Vəliyevin qəfil olaraq Bakıya, Prezident Admnistrasiyasına dəvət edildiyi məlumatı yayılıb. JAM.AZ rayondakı mənbələrə istinadən xəbər verir ki, icra başçısının günorta saatlarında bir telefon zəngindən sonra paytaxta yola düşməsi onun haqqında müəmma yaradıb.

Elə bu səbəbdəndir ki, Vəliyevin haqqında müxtəlif məzmunlu məlumatlar dolaşmağa başlayıb. Həmin məlumatlarda deyilir ki, Admnistrasiyaya çağırılan icra başçısının keçirdiyi görüşdən sonra səhhətində problemlər də yaranıb. Onun qan təzyiqinin yüksək olması səbəbindən paytaxtdakı klinikaların birinə müraciət etdiyi deyilir.

Qeyd olunur ki, rayonda sahibkarlarla yola getməyən və onların obyektlərini əllərindən almaq istəyən Neftçalanın icra başçısından edilən şikayətlərin sayı həddindən artıq çox olub. Onların bir çoxu isə haqlı olmaqla yanaşı, həm də araşdırılıb. Ortaya çıxan nəticələrin isə Vəliyevin hətta işdən çıxarılmasına belə gətirib çıxaracağı deyilir.

Geri qayıt