Əsas Səhifə > Güney Press / Manşet > Daha bir həkimdən prezidentə şikayət olundu – “Məndən 1500 manat rüşvət istəyirlər”

Daha bir həkimdən prezidentə şikayət olundu – “Məndən 1500 manat rüşvət istəyirlər”


20-02-2014, 17:45
Daha bir həkimdən prezidentə şikayət olundu – “Məndən 1500 manat rüşvət istəyirlər”
DİA.AZ: - Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov ikinci qrup əlildən müalicəsi üçün 1500 manat rüşvət istəyir.

DİA.AZ bildirir ki, xalq.az xəbər portalının elektron ünvanına Masallı rayonu Yeni Zuvand kənd sakini Əlinağıyev Anar Alışan oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubu qısa ixtisarla təqdim edirik.

“Mən, Əlinağıyev Anar Alışan oğlu Masallı rayonu Yeni Zuvand kəndində yaşayıram. Doğuşdan ürək qüsurlu, ikinci qrup əliləm. Əlillər ildə iki dəfə dövlət hesabına müalicə olunmalıdırlar. Azərbaycanda dövlət xəstəxanaların hər bir vətəndaş üçün ödənişsiz olduğu bir dönəmdə, mən ikinci qrup əlil olaraq Masallı Rayon Mərkəzi Xəstəxanasından heç bir köməklik ala bilmirəm. Valideyinimlə dəfələrlə Masallı Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Cəlil Nəzərovun qəbulunda olmuşam. Baş həkim məni müalicəyə göndərmək üçün 1500 manat pul istəyir. Biz, C.Nəzərova bildirəndə ki, müalicə dövlət hesabına olunmalıdır, bizim buna maddi imkanımız çatmır. O, deyir “ İndi dövlət var? Pulunu ver, müalicəni al”

Mən, buradan Cənab Prezident İlham Əliyevə müraciət edirəm.

Cənab Prezident! Siz, dəfələrlə bildirmisiniz ki, mən hər bir azərbaycanlının prezidentiyəm. Bir Azərbaycan gənci olaraq düşdüyüm bu ağır günümdə mənə yardımçı olmanızı xahiş edirəm. Vəzifəsindən sui istifadə edənləri cəzasız qoymayın.

Öncədən təşəkkürümü bildirirəm!”

Geri qayıt