Əsas Səhifə > Güney Press, Reklam > “AzerGold” QSC yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb

“AzerGold” QSC yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb


4-11-2023, 12:52
“AzerGold” QSC yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb
DİA.AZ: - Yarandığı gündən qabaqcıl beynəlxalq təcrübə və müasir korporativ idarəetmə tələbləri çərçivəsində fəaliyyətini təşkil edən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu sahədə davamlı olaraq səmərəliliyin artırılması məqsədilə təkmilləşdirmə işlərini uğurla davam etdirir. Ötən dövr ərzində bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, Səhmdar Cəmiyyətin yeni korporativ idarəetmə standartları hazırlanıb və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurası tərəfindən təsdiq edilib.

DİA.AZ bildirir ki, “AzerGold” QSC-nin fəaliyyətində və idarəetməsində rəhbər tutulması məqsədilə təsdiq edilən yeni Standartlar milli qanunvericilik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ idarəetmə prinsipləri” və “Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə Qaydaları”, eləcə də ölkə daxilində və dünyada təşəkkül tapmış qabaqcıl korporativ idarəetmə təcrübələri əsasında hazırlanıb.

Korporativ idarəetmə standartları QSC-nin fəaliyyətində əsas prinsip və məqsədləri müəyyənləşdirir, dayanıqlı inkişaf, səmərəlilik, operativlik və şəffaflığa əsaslanır. Belə ki, AİH tərəfindən fəaliyyətin qiymətləndirilməsi zamanı yeni Standartların tələbləri nəzərə alınacaq, bu məqsədlə QSC-də monitorinqlər aparılacaq, nəticəsi barədə Müşahidə Şurasına hesabat veriləcək. Eyni zamanda, hesabat Müşahidə Şurası tərəfindən təsdiq edilərək, QSC-nin illik hesabatlarına daxil edilməklə dərc olunacaq.

Geri qayıt