Əsas Səhifə > Güney Press / Ana xəbər > Lerikdə talanan büdcə pullarının yeri bəlli oldu

Lerikdə talanan büdcə pullarının yeri bəlli oldu


20-02-2014, 13:15
Lerikdə talanan büdcə pullarının yeri bəlli oldu
Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyev Lerik-Lənkəran yolunun üstündə restoran və istirahət kompleksi tikdirir. Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, təqribən yarım milyonluq büdcəsi olan restoran komleksininin tikintisi davam edir və demək olar ki, işlər sonna çatmaq üzrədir. Yaxın zamanda müştərilərin istifadəsinə veriləcəyi gözlənilən restoran kompleksinin kiçik katejlərdən və yol qırağında möhtəşəm restorandan ibarədir.

PİA.AZ-a daxil olan məlumatda həmçinin vurğulanır ki, icra başçısının müavininin obyektləri bununla bitmir. Onun Lerikin Zvand ərazisində tikdirdiyi ”9 qardaş” İstirahət Mərkəzi möhtəşəmliyi ilə seçilir. Belə ki, ”9 qardaş” İstirahət Mərkəziinə Səlil Baxşıyev bir neçə milyon manat vəsait sərf olunub və hazırda ”9 qardaş” İstirahət Mərkəzi Zvand ərazisində ən dəbdəbəli və bahalı istirahət mərkəzi hesab olunur. Burda istirahət edənlərin hamısı isə varlı məmurlar və onoarın övladlarıdır.

Lerikin mərkəzində bir neçə iri ticarət obyektlərinə sahib olan Cəlil Baxşıyevin həmçinin paytaxt Bakı şəhərində də bir neçə marketi və ticarət obyektlərinin olduğu bildirilir. Həmin ticarət obyektləri barədə isə Lerikin icra başçısın Rövşən Bağırovun xəbərsiz olduğu qeyd olunur. Ümumiyyətlə isə Cəlil Baxışovun Rövşən Bağırovdan gizli bir çox işlər çevirdiyi, həmçinin gəlir sahələrinin olduğu vurğulanır.

Lerikin ən varlı şəxslərindən hesab olunan Cəlil Baxşıyevin bütün sərvətini və sərmayəsini dövlət büdcəsindən mənimsədiyi vəsait hesabına yaratdığı iddia olunur. Bu mənimsəmə faktları isə o qədər böyükdür ki, icra başçısının müavini bu gün milyonluq obyektlərə sahibdir və ölkəninin ən kiçik rayonlarından birinin məmuru rəsmən özünü milyoner hesab edir.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…

Geri qayıt