Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gəncənin icra başçısına İrandan ölüm təhdidi - Elmar Vəliyevə cəhənnəm arzuladılar

Gəncənin icra başçısına İrandan ölüm təhdidi - Elmar Vəliyevə cəhənnəm arzuladılar


20-02-2014, 13:03
Gəncənin icra başçısına İrandan ölüm təhdidi - Elmar Vəliyevə cəhənnəm arzuladılar
DİA.AZ: - Fars-molla rejiminin antiAzərbaycan ruhlu xəbər portallarından biri «qafqaz.ir» saytı Gəncə şəhərində baş verən bir olaya özünəməxsus tərzdə reaksiya verib.

DİA.AZ bildirir ki, portalda gəncəli dindarlardan birinin dükanının fəaliyyətinin əngəllənməsi müqabilində rəsmən Gəncənin icra başçısı Elmar Vəliyevə qarğış edilir, ona ölüm arzulanır.

DİA.AZ olaraq həmin məlumatı və əslində hədəni - Gəncə RİH rəhbəri Elmar Vəliyevə ünvanlanan ölüm təhdidini olduğu kimi diqqətinizə təqdim edirik:

Gəncənin icra başçısına İrandan ölüm təhdidi - Elmar Vəliyevə cəhənnəm arzuladılar

«Əziz mömin qardaşlar ötən gün Cümə məcidinin qarşısında yerleşen Əhli Beyit dini dükaninin qapısı beləcə İcra hakimi elmar vəliyev tərəfindən hörülmüşdür.
bu dükan Kərbəlayi Rasimə aid olub həmiçinin onun evidir yani bunlar eyni zamanda onun evinin qapısınıda hörmüşlər .Biz möminlər oradan namazin vaxtını alardiq dini kitablar möhürlər ətirlər dini mahnilar alardiq bunlar bu hərəkətləri ilə isnamada zərbə vururlar .Zavod fabrik açmaq qalsin bir yana Kərbəlayi Rasimin ailəsının çörəyinidə kəsirlər.Allah çörək kəsənin çörəyini kəssin .Məndə artiq belə bir fikir formalaşdıki bizim bu icra başçısı Vəhabilərə şərait yaradır onlara yardım yataqlıq edir .Adini çəkməkdən iyrəndiyim bu şəxs gələn bir gündən dini dükanlari bağladı hicaba qarşı çıxdı aşura yürüşlərinin qarşısını aldı və s qardaşlar sizdən xaiş edirəm Kərbəlayi Rasim ağanın işinin tezliklə düzəlməsınə xatir salavat zikr edek şAllah bu Məlunların yolunu cəhənnəmdən salsin .Onlar tezliklə məhv olacaqdır».

Geri qayıt