Əsas Səhifə > Güney Press / Ana xəbər > Siraqəddin Cabbarovun adamı Saatlı təhsilini zəlil edib

Siraqəddin Cabbarovun adamı Saatlı təhsilini zəlil edib


20-02-2014, 12:46
Siraqəddin Cabbarovun adamı Saatlı təhsilini zəlil edib
Bizimxeber.az-ın elektorn ünvanına Saatlı təhsilində baş verənlər barədə maraqlı məlumat daxil olub. Məlumatlarda qeyd olunur ki, Saatlı təhsilində vəziyyət hər keçən gün pisləşir.
Belə ki, məktubda qeyd olunur ki, Şaatlıda təhsil müəissəsilərində işləyən direktorlar artıq məktəbə özlərinin şəxsi mülkü kimi baxırlar. Bunun da səbəbi hər ay yerli təhsil şöbəsinə verilən pullardan başqa tez- tez onlardan pul istənilməsdir: “Bu yaxınlarda hətta ATV kanalı təhsili və TQDK-nin açıqladığı imtahanda 2 alan şagirdlərin sayı barədə Saatlıdan reportaj da hazırlamışdı. O zaman şöbə müdiri hər direktordan 150 manat pul tələb etmişdi. Onlardan tələb olunan pulu vermək üçün direktorlar məktəbi talayırlar. Stol-stuldan tutmuş kompüter, yanacaq pulunacan yığırlar. Hətta xadimələrin puluna belə göz dikirlər. Bundan başqa Saatlıda əksər məktəblərdə sinif otaqlarında soyuq olduğuna görə 4 saat dərs tədris olunur.
Qara Nuru orta və umumi orta, Sarıcalar orta, Genişənd ümumi orta, Əliabad umumi orta məktəblərində vəziyyət məhz belədir. Buna səbəb yanacaq pulunun direktorlar tərəfindən yeyilməsidir. Ən biabırçı vəziyyət isə Məmmədabad kənd tam orta məktəbindədir, hansı ki, bir vaxtlar şagird qəbuluna görə rayonda 1 – ci yeri tuturdu.
Lakin V.Bayramov həmin məktəbə direktor gələndən sonra məktəb xarabazarlığa cevirilib. 3 ildir 1 dənə qəbulu yoxdur. Məktəbin həyəti natəmizlik , üfunət mənbəyidir. Buna səbəb məktəbdə xidmətçinin olmamasıdır. Əslində xidmətçi var ,amma məktəbin qapısını tanımr. Hamısının pulunu direktor alır. Gündüz gözətçisi Cəfərova Rəşidə, gecə gözətçisi Bayramova Xəyalə, dalandar Nuriyev Natiq (yoxlaya bilərsiniz) ,12 xidmətçisi olan məktəbdə xidmətçi tapılmır ki, təmizlik işləri aparılsın. Direktorun dediyinə görə onu bu vəzifəyə icra başçısı Siracəddin Cabbarov qoyub və bu səbəbdən ona hec kim hec nə edə bilməz. V. Bayramov öz davranışı ilə müəllim və şagirdləri artıq təngə gətirib .Onsuz da mədəniyyəti aşağı olan bir adam 2 dəfə paralic keçirdiyi üçün lap ağlını itirib.O hətta məktəbə verilən kompüterləri belə satmaqdan çəkinməyib”.
Müraciətdə yer alan faktlara münasibət öyrənmək üçün Saatlı icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova ilə əlaqə saxladıq.
Reyhan xanım bildirdi ki, yazını oxuduqdan sonra münasibət bildirəcək. Amma təəssüflər olsun ki, bir neçə saat gözləsək də, Reyhan xanım ittihamlara cavab vermək istəmədi. Görünür, Siracəddin Cabbarov və onun təhsili rəzil günə qoyan adamları bu faktlar qarşısında söz tapa bilmirlər. Əks təqdirdə hansısa cavab verilərdi….
***
20.02.2014
Bu gün əldə etdiyimiz məlumata görə, sözügedən məqalə ilə bağlı Saatlı icra başçısı Siracəddin Cabbarov rayon Təhsil Şöbəsinin müdiri və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqovaya bərk əsəbiləşib. Başçı qeyri rəsmi iclas keçirərək daha diqqətli olmağın vacibliyini bildirib və bu faktların mətbuatdan təcili yığışdırılmasını tələb edib.
Üstəlik göstəriş verib ki, bu faktların kim tətərfindən ötürüldüyünü araşdırsınlar və həmin şəxsi cəzəlandırsınlar. İki gündür rayonda təhsildən və icra başçısından narazı olan təhsil işçiləri ilə söhbətlər aparılır, onlara müxtəlif təzyiqlər edilir. Reyhan Ocaqova isə narahat deyil və açıq şəkildə bildirib ki, yazılanlar onu qətiyyən ilgiləndirməz. Buna görə, ona kimsə nəsə edə də bilməz.
Biz isə, Bizimxeber.az olaraq Siracəddin Cabbarov və onun rayon təhsilini bərbad günə qoyan adamlarına deyirik ki, Azərbaycan qanunlarla idarə olunan ölkədir və onun Prezidenti, Milli Məclisi, Baş Prokurorluğu var. Qanunlar isə hamı üçün eynidir. Kimsə qanundan və onun hər an ortaya çıxartdığı məsuliyyətdən sığortalanmayıb. Siracəddin Cabbarov da istisna deyil.
Ölkə başçısı İlham Əliyevin olkə təhsilinin inkişafı üçün gördüyü işlərin üzərindən xətt çəkmək, təhsili pula-paraya satmaq doğru deyil.
Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt