Əsas Səhifə > Güney Press / Ana xəbər > Təhsil Nazirliyinin hüquq sektoru müdirinin В«xarici diplomВ» biznesi
Təhsil Nazirliyinin hüquq sektoru müdirinin В«xarici diplomВ» biznesi20-02-2014, 12:15 |
![]() Təhsil nazirliyinin hüquq sektorunun müdiri Elmir Həsənli xarici dövlətlərin universitetlərində təhsil alıb ölkəmizə gələn məzunların diplomlarınının tanınması biznesi ilə məşğul olur. Belə ki, xaricdə təhsil alıb vətənə qayıdan məzunlar diplomlarının ölkəmizdə keçərli olmaları üçün Təhsil Nazirliynin hüquq sektoru müdirinin köməkliyi ilə bir neçə min manata bu problemi aradan qaldırırlar. PİA.AZ-a bu barədə daxil olan məlumata əsasən xarici unversitetlərin məzunlarının diplomlarının tanınması qiymətləri hər bir dövlətə görə dəyişir. Məsələn MDB ölkələri olan Gürcüstan, Ukranya, Rusiya, Qazaxıstan, Özbəkistan, Belarusiya universitetlərinin diplomlarının tanınmasının qiyməti 8-10 min manata başa gəlir. Türkiyə, Şimali Kipr, Bolqarıstan, Rumuniya, Macarıstan və Pribaltika ölkələrindəki bəzi universitetlərin diplomlarının tanınması isə 4-7 min manat arasında dəyişir. Bildirilir ki, Təhsil Nazirliyinin hüquq sektorunun müdiri Elmir Həsənli vəzifə səlahiyyətlərindən və nazirlikdəki əlaqələrindən istifadə edərək diplomların tanınmasında heç bir çətinlik çəkmir. Hətta bu diplomlar saxta olsa belə, hansı ki, MDB ölkələrinin universitetlərinin böyük əksəriyyəti saxtadır, Elmir Həsənli problemsiz həmin diplomları В«qanuniləşdirirВ». Məlumata əsasən bu sahə hələ keçmiş nazir Misir Mərdanovun zamanında Elmir Həsənliyə həvalə edilib və o da uzun illərdir ki, bu В«işləriВ» uğurla həyata keçirir. Misir Mərdanovun sevimlilərindən olan Elmir Həsənlinin Mikayıl Cabbarov tərəfindən vəzifədən alınacağı gözlənilsə də, bu baş vermədi. Hazırda Elmir Həsənli Misir Mərdanovun zamanında həyata keçirdiyi işləri Mikayıl Cabbarovun zamanında da davam etdirir. Ən ağınacaqlı məsələ isə odur ki, Təhsil Nazirliyinin hüquq sektorunun müdiri Elmir Həsənlinin özünündə diplomunun saxta olması barədə mətbuatda dəfələrlə yazılıb. Lakin nə nazirlik, nə də Elmir Həsənli özü bu məlumatları təkzib etməyib. Hər nə qədər qəribə olsa da, Elmir Həsənli nazirliyin saxta diplomların araşdırılıb müəyyən edilməsi üçün yaradılmış komissiyasına rəhbərlik edir. Qeyd edək ki, Elmir həsənli Dağıstan Universitetinin hüquq fakültəsində oxuyub. Burda bir il oxuduqdan sonra isə ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürülüb. O BDU-ya köçürülən zaman nazir Misir Mərdanov həmin universitetin prorektoru vəzifəsində çalışıb. Nazir olduqdan sonra isə Misir Mərdanov Elmir Həsənlini yanına alıb. Yəni faktiki olaraq sabiq nazirin sektor müdirinin köçürülməsində və karyerasının ququlmasında əməyi böyük olub. PİA.AZ-a daxtil olan məlumata əsasən Təhsil Nazirliyinin hüquq sektorunun müdiri həmçinin paytaxt Bakıda və müxtəlif rayonlarda xarici universitetlərə tələbə qəbulu ilə məşğul olan bir neçə şirkətə havadarlıq edir. Bildirək ki, Bakı və rayonlarda bəzi şirkətlar müxtəlif ölkələrin universitetləri ilə sözlü yaxud daxili müqavilələr bağlayaraq ölkəmizdən yuzlərlə vətəndaşı bu təhsil ocaqlarına oxumağa göndərirlər. Xarici ölkəyə oxumağa getmək üçün isə özəl şirkətlərə universitetlərin prestijindən asılı olaraq 5-8 min manat arası vəsait ödənilir. Bu şirkətlərdə qeyd MDB ölkələrinin universitetlərinə tələbə qəbulunun qiyməti isə 4-8 min manat arasında dəyişir. Qarşı tərərfin mövqeyni verməyə hazırrıq… Geri qayıt |