Əsas Səhifə > Güney Press / Manşet > İsmayıllıda üsyana görə tutulanlara В«xalq düşməniВ» kimi baxırlar
İsmayıllıda üsyana görə tutulanlara В«xalq düşməniВ» kimi baxırlar19-02-2014, 17:19 |
![]() DİA.AZ: - Hər halda, üsyandan sonrakı İsmayıllının halı əksəriyyət üçün maraqlıdır. Elə bu gün DİA.AZ-a rayondan daxil olan məlumatlardan da aydın olur ki, keçmiş əmək və əhalinin sosial müdafəsi naziri Fizuli Ələkbərovun üsyana səbəb olmuş qardaşı Nizami Ələkbərovdan geriyə qalanlar günü bu gün də İsmayıllıda problemlərə nədən olmaqdadır. Redaksiyamıza müraciət edən sakinlər bildirir ki, bu gün İsmayıllıdan üsyanın izləri hələ də çəkilməyib: В«İcra başçısı Mirdamət Seyidov bəlkə də yaxşı adamdır, amma biz İsmayıllı sakinləri bunu hiss etmədik. Doğrudur, İsmayıllıda həmin hadisələrə görə, həbs olunanların əksəriyyəti yüngül cəzalarla canını qurtardı və deyirlər ki, bu işdə yeni başçının müstəsna rolu olub. Amma buna baxmayaraq, hələ də həmin hadisələrə görə, həbs olunmuş şəxslərə bir düşmən kimi yanaşılır. Halbuki onların haqsız yerə həbs olunduqlarını hər kəs bilirВ». Sakinlər bu arada Fizuli Ələkbərovun oğluna da sözlərinin olduğunu bildirdilər: В«O, məhkəməyə çıxaraq İsmayıllıdan həbs olunanlara qarşı hər hansı iddiasının olmadığını bildirir. Başqa nə iddian olmalı idi ki? Sənin və qohumlarının harınlığıdır ki, bu gün insanlar haqsız yerə əziyyət çəkirlərВ». Geri qayıt |