Əsas Səhifə > Güney Press > Nigah müqaviləsi hansı qaydada bağlanır?
Nigah müqaviləsi hansı qaydada bağlanır?18-10-2023, 17:27 |
![]() Televiziya verilişlərinin birində təsadüfən Nigah müqaviləsi barədə xanım bir vəkilin izahını dinlədim. O, ər və arvada bildirirdi ki, onlar öz aralarında Nigah müqaviləsi bağlasın və bu müqavilədə arvadı istənilən tələbi ora daxil etsin. Lakin xanım bir şərti unudur ki,Nigah müqaviləsində:ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ya ailə qanunvericiliyinin əsaslarına zidd olan şərt və müddəalar nəzərdə tutula bilməz. Tərəflər Nigah müqaviləsində istədikləri şərtləri deyil yalnız aşağıda göstərilənvə Ailə Məcəlləsinin 38 - ci maddəsində nəzərdə tutulan şərtlər daxilində bağlaya bilərlər. Ailə Məcəlləsinı əsasən Nikah müqaviləsi və onun məzmunu aşağıdakı məzmunda və qaydada bağlana bilər: Nikah müqaviləsi- nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Bu müqavilə ilə ər - arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimi dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və yaxud gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad bu müqavilədə bir-birinin qarşılıqlı saxlanması, gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq - vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı, ər-arvadın əmlak münasibətlərinə dair başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. Bu müqavilədə: nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Bu müqavilədə ər-arvadın hüquq vəfəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri - əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - DİA.AZ Geri qayıt |