Əsas Səhifə > Güney Press / Manşet > Təhsil nazirliyində köhnə heyət şikayətlənir
Təhsil nazirliyində köhnə heyət şikayətlənir18-02-2014, 18:41 |
![]() DİA.AZ: - Təshil naziri postuna təyin edildikdən sonra Misir Mərdanovdan qalma kadrları təmizləmə yolunda ilk əvvəl ciddi addımlar atsa da, sonradan “dalana dirənən” Mikayıl Cabbarovun köhnə heyətlə bacara bilməməsilə bağlı cəmiyyətə hakim kəsilən təəssüratların yetərincə əsası var. Bunu DİA.AZ-a TN-dəki qaynaq bildirib. Məlumatı verən mənbə iddia edir ki, nazirlik daxilində ciddi çəkişmə aşkar surətdə duyulur: “Köhnə heyətlə təzə komanda bir-birinə rəsmən inanmır. Təbii ki, bu da işin keyfiyyətinə birbaşa təsir göstərir. Amma buna rəğmən Mikayıl Cabbarov köhnə heyəti dinləmək zorundadır. Ən azından əgər bu gün təhsil sisteminin kadr siyasətinə Fərzəli Qədirov nəzarət edirsə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri postunu Fərzəli Qədirov deməli vəziyyət Misir Məırdanovun dövürndəkindən fərqli deyil”. Mənbə maraqlı bir faktı da açıqladı: “Mikayıl Cabbarov köhnə heyətə kənardan dəstəyin verildiyinin yaxşı fərqində olduğundan onları bir növ “iqtisadi blokada”ya alıb. Yəni bu gün köhnə heyət gəlirli sahələrdən təcrid olunmuş vəziyyətə salındığından hətta nazirlikdəki Mərdanovdan qalma kadrlar bir-birilərinə “kisədən yemək zorundayıq” deyə gileylənirlər”. Mənbə bu arada maraqlı bir tədarüklə bağlı da informasiya verdi: “Yaxın günlərdə nazirlikdə səs-küylü dəyişiklik gözlənilir”. Geri qayıt |