Əsas Səhifə > Güney Press / Manşet > Saatlı sakinləri icra başçısının istefasını tələb edir
Saatlı sakinləri icra başçısının istefasını tələb edir18-02-2014, 17:02 |
|
DİA.AZ: - Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova qarşı ağır ittihamlar var. Bu barədə DİA.AZ-a müraciət edən rayon sakinləri bildirir ki, rayon sakinlərinin bütün dolanışıq yerlərinə В«barmaq tıxayanВ» Siraqəddin Cabbarov artıq 7 ildir ki, bu rayonu talamaqla məşğuldur. Sakinlər bu arada bəzi KİV-ləri də başçı ilə əlbir olmaqda ittiham edirlər və bildirirlər ki, Siraqəddin Cabbarov sanki mətbuatı ovsunlayıb və onların etdikləri müraciətlər işıqlandırılmır. Narazı vətəndaşlar yazır: В«Siraqəddin Cabbarov 2008-ci ildən bu rayona rəhbərlik edir. Dəfələrlə yerli sakinlər sosial problemlərə görə, məmur özbaşınalığı səbəbindən etiraza qalxmaq istəsə də, icra başçısı min bir üsulla narazılığı yatırıb. Amma bu gün vəziyyət o həddə çatıb ki, insanlar çıxış yolunu Siraqəddin Cabbarovu istefaya göndərməkdə görürВ». Vətəndaşlar yazır ki, Siraqəddin Cabbarov keçən ay bütün büdcə təşkilatında çalışanlardan 5-10 manatdan pul yığdırıb: В«Bizim vəziyyətimiz onsuz da ağırdır. Bu pullar ona bəs deyilmi? Etiraz edəni də polislə hədələtdirir. Bu gün Saatlıda özünü yandırmaq üçün insanlar növbəyə düzülüb. Mətbuata etdiyimiz şikayətlər də ciddiyə alınmırВ». Vətəndaşlar bildirir ki, yaxın günlərdə Saatlı camaatı etiraz aksiyvası keçirəcək: В«Biz qərarlıyıq və Siraqəddin Cabbarov vəzifəsindən alınan günə qədər aksiya keçirəcəyikВ». DİA.AZ bildirir ki, konkret olaraq nədən narazı olduqları barədə susan sakinlər adından elektron ünvanımıza daxil olan müraciəti Kərim Məmmədov, Xaliq Nurəliyev, Vahid Mədətoğlu və daha 6 nəfər imzalayıb. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |