Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > В«FacebookВ» təriqətlər üçün təbliğat meydanına çevrilib

В«FacebookВ» təriqətlər üçün təbliğat meydanına çevrilib


18-02-2014, 16:43
В«FacebookВ» təriqətlər üçün təbliğat meydanına çevrilib
DİA.AZ: - Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə mətbuat konfransı keçirərək vəhabi və nurçuları hədəfə almasının ardından ona qarşı bir kampaniya başladı. Əslində belə bir hücumun baş verəcəyi gözlənilən idi. Çünki kifayət qədər güclü olan sözügedən cameə üzvlərinin nəinki mətbuatda, həm də sosial şəbəkələrdə belə yetərincə fəal oluqdarını dünənə qədər də sezmişdik.

Gözlənilən oldu da. Şeyxə qarşı müxtəlif səpgili ittihamlar yağdırdılar. Özlərinə hətta ad da seçdilər : В«ŞeyxLeaks»… Yəni bununla da bir qaynağa çevrilmək istədilər.

Amma əslində, ilk başdan yolladıqları faktlar tükəndiyindən şərləməyə keçmələri onların bir qaynaq kimi etibarının zədələnməsinə nədən oldu.

DİA.AZ bildirir ki, məhz bundan sonra onlara bir qaynaq kimi yanaşan mətbuat da onların В«xəbərləriniВ» yaymaqdan imtina etdilər. Çünki ortada bir qərəzin olduğu şəkksiz idi. Dünənə qədərsə onların yaydıqları xəbərlər В«bir cavab haqqıВ» kimi qəbul edilərək yayılırdı. Sonrakı mərhələdə isə onlar bütün haqqları tapdayaraq, insanlara açıq şəkildə şər-böhtan atmağa başladılar.

Bu dəfə yeganə hədəfləri Şeyx deyildi. Şeyxlə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, çalışanları, ayrı-ayrı məscidlərin imam və axundları da В«ŞeyxLeaksВ» qaynağının hədəfinə çevrilib və bu gün də eyni istiqamətdən anoloji В«informasiyalarВ» mətbuata ötürülməkdədir. Kimi ciddiyə alıb, qarşı tərəfi dinləyərək, əslində isə qarşı tərəfin təkzibini də böyrünə qoşaraq həmin В«informasiyalarıВ» ictimailəşdirir, kimi də ümumiyyətlə, həmin В«informasiyalarıВ» görməməzlikdən gəlir. Elə ən doğru olanı da budur.

В«FacebookВ» təriqətlər üçün təbliğat meydanına çevrilib

Bildirək ki, artıq mediatikliklərini itirmələrinin fərqinə varan В«ŞeyxLeaksВ» qrupu indi də sosial şəbəkələrdə Şeyx əvə adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz dairələrə, şəxslərə qarşı bir kampaniyaya başlayıblar. Hətta özlərinə qruplar, səhifələr də yaradıblar. Müxtəlif profillərdən girərək В«FacebookВ»da ağıllarına gələni paylaşırlar ki, bütün bunlar da daha çox onların arxayınçılığından xəbər verməkdədir.

DİA.AZ olaraq apardığımız araşdırmalar da təsdiqləyir ki, son günlər vəhabilərə aid təkcə 100-dən çox В«FacebookВ» səhifəsi yaradılıb. Və maraqlı orasıdır ki, artıq В«ŞeyxLeaksВ» qaynaqları da mətbuatdan əvvəl öz В«məlumatlarınıВ» məsələn, В«Mehdi HaqqВ» adresindən paylaşırlar.

Hər halda, dövlətin müvafiq qurumlarının bu faktları araşdırmasına ciddi ehtiyac var…

Geri qayıt