Əsas Səhifə > Güney Press / Ana xəbər > Astarada yanan bazarın sığorta müddəti 2 həftə əvvəl bitibmiş

Astarada yanan bazarın sığorta müddəti 2 həftə əvvəl bitibmiş


18-02-2014, 11:49
Astarada yanan bazarın sığorta müddəti 2 həftə əvvəl bitibmiş
Fevralın 17-də Astarada yanğın baş verdiyi mərkəzi bazarın sığorta müqaviləsinin müddəti cəmi 2 həftə əvvəl başa çatıb. Bunu fins.az-a açıqlamasında bazarın sığortaçısı olan “Azsığorta” şirkətinin Lənkəran şəhər filialının qəza eksperti Ramil Kərimov bildirib.

Onun sözlərinə görə, bazar indiyədək sığortalı olub, amma müqavilənin müddəti bu ilin fevral ayının 4-də bitib. Nəticədə yanğının bütün bazara zərər vurmasına baxmayaraq yanğına görə sığorta ödənişi buradakı cəmi 2 dükana ödəniləcək. 2 sahibkar üst-üstə 19 min manat alacaq: "Yalnız bazarda yerləşən iki dükana dəymiş ziyan ödəniləcək. Dükanların sahibləri Rəhimov Füzuli Qurbanəli oğluna veriləcək sığorta ödənişi 10 min manat, Əliyev Fərhad Əli oğluna isə 9 min manat miqdarında müəyyənləşib".

Xatırladaq ki, fevral ayının 17-sində Astara şəhərində mərkəzi bazarın yanması nəticəsində xəsarət alan olmasa da, ümumi sahəsi 5 min kvadrat metr olan bazarın 1500 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb. Buradakı mağaza sahiblərinə külli miqdarda ziyan dəyib.



Geri qayıt