Əsas Səhifə > Güney Press / Ana xəbər > Zakir Həsənov "Özəl Tim"lərin yaradılması barədə göstəriş verib?
Zakir Həsənov "Özəl Tim"lərin yaradılması barədə göstəriş verib?18-02-2014, 11:21 |
![]() DİA.AZ “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, istefada olan polkovnik Üzeyir Cəfərovun “Təzadlar”a müsahibəsini təqdim edir: - Üzeyir bəy, mətbuatda Azərbaycanda Türkiyənin Özəl Timinə bənzər könüllülər dəstəsinin formalaşdırması ilə bağlı xəbərlər dolaşır. Bu barədə nə deyə bilərsiniz? - Mətbuatda guya Azərbaycanda Türkiyənin Özəl Timinə bənzər könüllülər dəstəsinin formalaşdırması ilə bağlı məlumatı oxuyanda, bir qədər təəccübləndim. Artıq neçə gündür ki, həm ölkə mətbuatı, həm də bizi istəyən və istəməyən bəzi dairələr bu məlumatı tirajlamaqda davam edirlər. Rəsmi qurumlar isə hələlik susur. - Bunu gerçək hesab etmək olar? - Əslində isə belə bir iş yoxdur Azərbaycanda. Özü də yayılan məlumatlarda deyilir ki, bu dəstələrin yaradılmasının başlıca səbəbi Azərbaycan ordusuna əlavə dəstəyə nail olmaqdır (?!). Bunu peşəkar hərbçilər bir qədər ironiya ilə qarşılayırlar. Belə çıxır ki, dövlətin güc qurumları, həmçinin xüsusi təyinatlıları o vəziyyətdədirlər ki, indi onlara könüllülərin dəstələri kömək edəcəklər? Vallah, son dərəcə qeyri-ciddi bir yanaşmadır. Özü də guya bu prosesə qoşulmaq istəyənlərin tam əksəriyyəti xüsusi qoşun növlərində qulluq etmiş şəxslərdir. İndi 90-cı illərin əvvəli deyil ki, deyəsən həqiqətən də o vaxt üçün böyük şücaətlər göstərmiş könüllülərə ehtiyac yaransın. - Sizcə, buna ehtiyac varmı? - Bu gün nizami ordu hissə və birləşmələri mövcuddur. Ona görə də bu tip məlumatların heç bir əsası yoxdur. Bu, sadəcə, keçmiş döyüşçülərdən biri olmuş Etibar Əmiraslanovun müdafiə naziri Zakir Həsənovla görüşmək istəyi ilə bağlı müraciətinin sosial şəbəkələrdə müzakirəsi zamanı dövriyyəyə buraxılmış bir müzakirənin məhsuludur. Bəzi jurnalist dostlarımız da bunu özünəməxsus şəkildə dövriyyəyə buraxılıb. Absurdluq (yalanlıq) o dərəcəyə çatıb ki, məlumatda o da vurğulanır ki, Dağlıq Qarabağın azad edilməsi üçün aparılacaq mübarizədə könüllülərdən ibarət qoşunun ümumi sayı 10 min nəfər olacaq. Deyirəm ki, görəsən, ordunun şəxsi heyəti ilə bağlı on min nəfərin hansı qoşun birləşməsinə bənzəməsini gözləri önünə gətirən dostlarımız varmı? Bir sözlə, bu məlumatın heç bir əsası yoxdur. Geri qayıt |