Əsas Səhifə > Güney Press / Manşet > Jurnalist `Azəriqaz`a ÜSYAN ETDİ

Jurnalist `Azəriqaz`a ÜSYAN ETDİ


6-10-2023, 17:12
Jurnalist `Azəriqaz`a ÜSYAN ETDİ
DİA.AZ: - Azərbaycanda kommunal xidmə gösərən dövlə qurumlarının yerli-yersiz ədarük içində olmaları da bir ayrı dərddir. Məsələn, Azəriqaz və yaxud da Azəriişıq adəən qış ərəfəsi, havalar elə soyuyanda tədbirlərə əl atırlar. Əslində gördükləri tədarük də qış boyunca bir işə yaramır. Əvəzində insanlara yersiz əsəb gərginliyi qalır.

DİA.AZ bildirir ki, məhz indilərdə - havalar soyuyan ərəfədə yenə də sözügedən dövlət qurumları İŞ BAŞINDADIRLAR... Daha dəqiqi, yay boyunca yatıb, bu ərəfələrdə daha çox BÜDCƏ PULLARINI SİLMƏKLƏ məşğul olurlar, iş görürmüş görüntüsü yaradırlar... Əvəzində isə, bir daha qeyd edirik sakinlər əsəb gərginliyi keçirir.

Elə bu barədə şəxsən üzləşdiyi problemdən yazan tanınmış jurnalist Zaira Akifqızı da "Azəriqaz" rəhbərliyinə üsyan edən stausunu bölüşüb:

" "Azəriqaz İB", sizin təmir işiniz nə vaxt bitəcək?

İldə 10-15 dəfə təmir edirsiniz? Səhər saat 9-dan qazsız qalmışıq.

Başqa ölkədə belə biabırçılıq yoxdur! Yay-qış "təmir işi aparılır" deyib insanların əsəbinə toxunursunuz..."

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt