Əsas Səhifə > Güney Press / Ana xəbər > Saatlı fermerləri çörəklə imtahana çəkilir
Saatlı fermerləri çörəklə imtahana çəkilir18-02-2014, 09:59 |
![]() Saatlı fermerləri redaksiyamıza zəng edərək üzləşdikləri problemdən söz açıblar. Onların sözlərinə görə, rayon məmurları onları çörəklə imtahana çəkir. Belə ki, indi taxılın ən çox qayğıya ehtiyacı olan vaxtdır. Gübrə verilməsə, bol məhsuldan söhbət belə gedə bilməz. Fermerlər deyir ki, indi taxıla azot gübrəsi verilməlidir ki, yaxşı məhsul ala biləsən. Fermerlərin Saatlı “Aqrolizinq”inə müraciətinə cavab verirlər ki, onlara azot gübrə verilməsinə regional idarə (Sabirabadda yerləşir) icazə vermir. Fermerlərin fikrincə, bu cavabın altında başqa məqsədlər yatır. Belə ki, rayonda olan bütün topdansatış məntəqələrində yetərincə azot gübrəsi var. Bu isə o deməkdir ki, fermerlərə çatası gübrələr “Aqrolizinq” dəllalları vasitəsilə həmin topdansatış məntəqələrinə ötürülüb. Indi, taxılın gübrəyə ehtiyacı olduğu dönəmdə, həmin gübrələr bu məntəqələrdə baha qiymətə satılır. Bu yolla fermerləri məcbur etmək istəyirlər ki, bol məhsul ümidilə həmin gübrəni baha qiymətə alsınlar. Fermerlər bu müraciətlə əlaqədar qurumlardan kömək, çəkdikləri zəhmətin hədər getməməsi üçün onların problemin həlli üçün müdaxilə etməsini istəyirlər. Geri qayıt |