Əsas Səhifə > Güney Press / Ana xəbər > Həkim yanlışlığından gözü tutulan Bərdə sakininin yardıma ehtiyacı var
Həkim yanlışlığından gözü tutulan Bərdə sakininin yardıma ehtiyacı var18-02-2014, 08:24 |
|
01.07.1950 - ci il təvəllüdlü Mehdiyev Məzahir Tapdıq oğlu 2008-ci il gözlərində yaranmış olan nasazlıqla bağlı yaşadığı Bərdə rayonunda tanınmış bir həkimə müraciət etmiş və onun qoyduğu səhv diaqnoz(katorakta-mirvari suyu) ucbatından 7 həftə içərisində gözləri tamamilə tutulmuşdur.Əsl xəstəliyi Göz Daxili Təzyiqmiş(qlakoma) . Bundan sonra Bərdədəki evini , bir çox ev əşyasını , o cümlədən qızıl zinət əşyalarını sataraq ailəsiylə birgə Bakıya köçmüş və Suraxanı rayonu Zığ qəsəbəsində Socara məxsus geniş torpaq sahəsində bir vaqonda məskunlaşmışlar . вЂ?Ev’in sənədləri tam olmadığından Socar tərəfindən bu ailənin yaşadıqları yerdən hər an çıxarılma təhlükəsi var . Hal-hazırda bu evdə 4 nəfər yaşayırlar və evdə yeganə pul qazanan şəxs evin kiçik qızıdır .Onlar Bakıya gəldikdən sonra bir çox həkimə müraciət etsələr də hətta bir dəfə əməliyyat keçirsə də bunların heç bir xeyri olmamışdır.Sonda yoxlanış üçün İrana getmiş və iranlı Bəhrami həkim əməliyyatla onun gözlərindəki təzyiqi müalicə edə biləcəyini deyib lakin müalicə üçün 8000 azn lazım olduğundan ailənin buna imkanı çatmamış və təzədən Bakıya qayıtmalı olmuşlar . Gördüyünüz kimi ailə bu məbləği toplaya bilmədiyindən Məzahir əminin gözləri hələ də görmür və müalicə olunanadək qlakoma artımının qarşısını almaqçün gündəlik damcı dərmanlar qəbul edir. Ona görə də Məzahir əminin gözlərinin görə bilməsiyçün bizim edəcəyimiz ən cüzi yardıma belə onun ehtiyacı var. Ətraflı məlumat üçün: Tel: 012- 478-83-20 M. Məzahir: 050 - 687 - 60 - 52: Ünvan : Suraxanı r-nu /Zığ qəs / R.Göyüşov küç / 44b (Dispanserin yanı) . Bank hesabı: Müştəri adı : Mehdiyeva Zumrud Mazahır Gızı Müştərinin hesabı : AZ50UBAZ10171456341010AZN001 UNİBANK CB SWIFT : UBAZAZ22 KOD : 505754 VÖEN : 1300017201 Geri qayıt |