Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhməd Əhmədzadənin təşkilatında kütləvi istefa
Əhməd Əhmədzadənin təşkilatında kütləvi istefa17-02-2014, 17:13 |
![]() Ötən günlərdə Aran bölgəsində suvarma sistemləri idarələrində biabırçı hadisələrin yaşandığına dair məlumatlar vermişdik. Bildirmişdik ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədov dövlət büdcəsinin pulları hesabına özünə böyük sərvət toplayıb. Bolgexeber.com-a verilən məlumatlarda vurğulanırdı ki, Talıb Məmmədovla yola getməyən Mollakənd Mexanikləşdirimiş Suvarma Sistemləri İdarəsinin rəisi Həmid Abbasov ciddi konfiliktlə üzləşmişdi. Bir sıra biznesdə şərik olan keçmiş dostların arasının dəyməsinin səbəbi isə Abbasovun Məmmədovun yerinə keçmək istəyi olub.Bu gün aldığımız məlumata görə isə Su və Meliorasiya ASC-də sabah hesabat xarakterli müşavirə keçiriləcək və orada Həmid Abbasovla məsələyə baxılacağı gözlənilir. Bolgexeber.com-a verilən məlumatda deyilir ki, ASC-nin rəhbəri Əhməd Əhmədzadə Bakıda olmadığından Abbasovun təyinatı verilməyə bilər. Çünki Almaniyada müalicə olunan və əməliyyat edilmiş Əhmədzadəni müavinlərindən biri Zakir Quliyev əvəzləyir. Zakir Quliyevin isə Həmid Abbasovla heç də yaxşı münasibətləri mövcud deyil. Bundan başqa, Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev, Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov, Oğuz Suvarma Sistemləri İdarəsinin rəisi Nadir Əhmədov da işdən çıxarılacaq məmurlar sırasındadır. Onların da məsələsinə keçiriləcək hesabat yığıncağında baxılacaq. Geri qayıt |